26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qırmızı vərəqə bizi yıxdı”

MOİK-in hücumçusu Məhəmməd Bədəlbəylinin Futbolxeber.az saytına müsahibəsi

- I divizionun 8-ci turunda “Şəmkir”ə 0:1 hesabı ilə uduzdunuz. Bu məğlubiyyəti necə şərh edə bilərsən?

- Oyun çox ağır keçdi. Qırmızı vərəqə bizi yıxdı. Rəqib də matça yaxşı hazırlaşmışdı. Bu gün qalib gəlmək istəyirdik. Amma bəxt rəqibin tərəfində idi. “Şəmkir”in elə də çox qol epizodu olmadı. Fərqləndikləri epizodda 3 futbolçumuzun ayağı sürüşdü. Meydançanın vəziyyəti çox pis idi.

- Cari mövsüm 6 dəfə fərqlənməklə bombardirlər siyahısında yer alırsan. Bu mübarizədə özünü nə dərəcədə şanslı görürsən?

- Bu barədə düşünmürəm. Hücumçunun işi qol vurub, komandaya qələbə qazandırmaqdır. Bombardir olsam sevinərəm. Alınmasa da, qalib futbolçunu təbrik edərəm.

- MOİK-in məqsədi növbəti mövsümdə Premyer Liqada oynamaqdır?

- Təbii ki. Hədəfimiz budur.  

- MOİK hədəfinə çatmasa, səni növbəti mövsüm yenidən Premyer Liqada görə bilərik?

- MOİK-ə gəlməkdə məqsədim komandanın Premyer Liqaya yüksəlməsinə kömək etməkdir. Alınmasa, başqa variantları yoxlamaq olar. Lakin hazırda hədəfim MOİK-lə Premyer Liqaya yüksəlməkdir.

- Özündə həmin gücü görürsən?

- Görürəm. Ötən il Pemyer Liqada oynamışam. Güc həmin gücdür, sadəcə hədəflər fərqlidir.

- I divizonda rəqabət hansı səviyyədədir?

- Rəqabət çox gücldür. 2-9-cu yerlər arasında cəmi 1-2 xal fərqi var. Belə rəqabət futbol adına yaxşıdı. Bütün komandalar belə inkişaf edəcək.

- Ardıcıl 2-ci oyunda uduzdunuz. Deyə bilərik ki, MOİK “qara zolağ”a düşüb?

- Komandada hər hansı bir problem yoxdur. Futbolda məğlubiyyətlə də üzləşmək mümkündür. İnanıram ki, tezliklə bu vəziyyətdən çıxacağıq.

- Baş məşqçiniz Müşviq Qəmbərov istefa verdi...

- Bu barədə danışmaq istəmirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30