26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Roman Qriqorçuk: “Futbolda heç vaxt nədənsə qorxmamışam”

Topaz Premyer Liqasının VI turunda “Qəbələ” səfərdə “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk əvvəlcə oyun barədə fikirlərini açıqlayıb:

- Bu qələbə bizim üçün gözlənilməz olmadı. Oyunun asan keçdiyini deməzdim. Qarşılaşma çox çətin alındı. Kənarda oyunumuzun asan alındığının görünməsi yaxşıdır. Əslində isə böyük güc sərf etdik. “Maynts”la oyundan öncə futbolçuları çox yükləmədik. Matçdan dərhal sonra paltardəyişmə otağnda uşaqlara bildirdim ki, bu gün hər şey yüksək səviyyədə idi.

- Erkən qol vursanız da, ikinci hissədə bir qədər aqressiv idiniz. Bu nədən irəli gəlirdi: cavab qolunun vurulmasından ehtiyatlanırdınız, yoxsa rəqibin kobud oyunu sizi narahat edirdi?

- Futbolda heç vaxt nədənsə qorxmamışam. İkinci hissədə oyunumuz daha çox xoşuma gəldi. Daha çox qol vurmağımızı istəyirdim. İkinci qolu vurduqdan sonra meydanda sakitlik yarandı.

- Ruslan Qurbanovun meydana daxil olması bir qədər yubandı. Bu, nədən irəli gəlirdi?

- Biz oyun mexanizimizi heç vaxt dəyişmirik. Əksinə, meydana daxil olan hər futbolçu üzərinə düşən işi taktiki cəhətdən dügün yerinə yetirməlidir. İlk hissədə bir qədər çatışmazlıqlarımız var idi. Amma fasilədən sonra daha yaxşı çıxış etdik. Ruslan Qurbanova da lazımi tapşırıqlarımızı verdik.

- Onun oyunundan razı qaldınız?

- Bu gün heç bir futbolçumuza iradım yoxdur. Kənardan komandamızın göstərdiyi oyundan zövq aldım. Hər şey yüksək səviyyədə idi.

- Qarşıdan “Maynts”la oyun gəlir. “Qəbələ” Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazana biləcəmi?

- Qələbə qazanmaq üçün şansımız var. “Maynst” çox güclüdür. Bundesliqada yarışıq. Bu komandanın zəif olduğunu söyləmək olmaz. “Maynts”la qarşı super futbol göstərməliyik. Bunun üçün şansımız var.

- Nika Kvekveksiri “Maynts”a qarşı oynayacaq?

- Xeyr, oynamayacaq. O, ən azı 2 həftə daha istirahət etməlidir 

- Bir müddət əvvəl mətbuatda Kiyev “Dinamo”sunu çalışdıracağınız haqda xəbərlər yayıldı. Vacib oyunlar öncəsi belə xəbərlərin ortaya çıxması işinizə təsir göstərir?

- Mətbuatı çox az oxuyuram. Bu barədə sual veriləndə yalnız “şərhsiz” cavabını verirəm. Bunu hörmətsizlik kimi qəbul etməyin. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30