26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rauf Əliyevdən 40-cı qol

“İnter”in futbolçusu Rauf Əliyev Azərbaycan çempionatlarında yubiley qolunu vurub. Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı hücumçu Topaz Premyer Liqasının V turunun “Neftçi” ilə qarşılaşmasında 2 dəfə fərqlənib. O, bununla da ölkə çempionatlarında qol sayını 40-a çatdırıb. Bu matçadək hesabında 38 qol olan Əliyev 39-cu və 40-cı toplarını özünün 188-ci matçında vurub. Bu qol ona Azərbaycan çempionatları tarixinin ən məhsuldar oyunçuları sırasında 51-ci yerə şərik olmaq imkanı verib. Rauf Mehman Allahverdiyev, Junivan Suares, Samir A. Məmmədov və Fernando Pereslə eyni sayda qol sevinci yaşayıb. İlk qolunu 2006/07 mövsümündə vuran hücumçu 4 klubun heyətində rəqib qapılarına yol tapıb. “Qarabağ”da 23, “Bakı”da 11, “Xəzər Lənkəran” və “İnter”in hərəsində 3 dəfə fərqlənən Rauf oynadığı klublardan yalnız birində - “Neftçi”də qola həsrət qalıb.

Qeyd edək ki, Əliyev 2 qolla “Neftçi” üzərində 2:1 hesablı əzmkar qələbədə pay sahibi olub. Bununla da “ağ-qaralar”ın ölkə çempionatlarındakı yeni antirekordu qeydə alınıb. “Neftçi” Azərbaycan çempionatları tarixində ilk dəfə ardıcıl 4 oyunda məğlub olub.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30