26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qəbələ” sübut edib ki, rəqiblərin adı önəmli deyil”

"Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsi

- Avropa Liqasının qrup mərhələsində “Maynz”, “Anderlext” və “Sent Etyen”lə mübarizə aparacaqsınız. Rəqiblərinizi necə qiymətləndirirsən?

- Qrup mərhələsində bütün rəqiblər güclü olur. Bundan güclü komandalar də ola bilərdi, zəif  də. İndi qarşımıza çıxan rəqiblər haqda düşünmək lazımdır. Onların güclü və ya zəif olmasının fərqi yoxdur. Bura qədər gəlmişik. Demək olar ki, işimizin bir hissəsini yerinə yetirmişik. Ən azından qrup oyunlarında da azarkeşlərimizi sevindirmək istəyirik.

- “Qarabağ”la müqayisədə “Qəbələ”nin daha çətin qrupa düşdüyünü demək olar?

- Bunu kimlərsə qıraqdan baxıb deyə bilər. Ancaq daha dəqiqini ilk oyunlardan sonra biləcəyik. Zəif rəqibin Avropa Liqasının qrup mərhələsində nə işi var? Əslində deməzdim ki, ən çətin qrupa düşmüşük. “Mançester Yunayted”, “Fənərbaxça”, “Krasnodar” kimi güclü komandalara da rəqib ola bilərdik.

- “Anderlext” və “Sent Etyen” ölkəmizə daha əvvəl də səfər edib.

- Bəli, hər ikisi “Qarabağ”la oynayıb. Avrokuboklarda öz sözünü demiş komandalardır. Hamı onların gücünə bələddir. Hər iki komanda son vaxtlar güclü futbolçular transfer edib. Onların “Qarabağ”la oyunlarını izləmişdik. Ancaq indi fərqli oyun sistemləri ola bilər.

- “Qəbələ”nin “Lill” kimi güclü komandanı mübarizədən kənarlaşdırması qrup oyunlarında inamlı çıxışına səbəb ola bilər? Çünki “Lill” heç də “Sent Etyen” və “Anderlext”dən zəif deyildi.

- Çox güclü komandamız var. Bunu bütün oyunlarda göstərmişik. “Lill”i udmuşuqsa, bu rəqibləri niyə üstələməyək? “Lill” Fransa çempionatını 5-ci pillədə  başa vurmuşdu. İndi istənilən komandanı məğlub etmək olar. Son vaxtlar komandaların adı önəm daşımır. Biz də bunu sübut etmişik. Adlı-sanlı komandaları mübarizədən kənarlaşdırmışıq. Niyə də qrupdan çıxmayaq?

- Üstəlik bilirsiniz ki, digər Azərbaycan klubu “Qarabağ” həm “Sent Etyen”, həm də “Anderlext”dən xal almağı bacarıb.

- Təbii ki, bu da komandada özünəinam yarada bilər.  Ancaq komandalar ildən-ilə daha da təkmilləşir.

- Bəs, “Qəbələ”ni ötən mövsümlə necə müqayisə edərdin?

- Ötən mövsüm də yaxşı komandamız var idi. İndiki futbolçuların çoxu ötən il də heyətdə idi. Onda da hamı “Qəbələ”nin yaxşı komanda olduğunu deyirdi. Düzdür, çempionatda enişli vaxtlarımız oldu. Ancaq deməzdim ki, komandamız zəif idi. Məncə, oyunumzda elə də dəyişiklik yoxdur. Hələ ki, ötən ilki uğurumuzu təkrarlamışıq. Ancaq bu dəfə qələbələrimiz çox oldu.

- Səncə, rəqiblər də “Qəbələ”dən çəkinir?

- Təbii ki, biz qrup mərhələsinə qədər böyük yol keçmişik. Rəqiblər hansı komandaları mübarizədən kənarlaşdırdığımızı görür. Onu da bilirlər ki, ardıcıl iki ildir ki, I təsnifat mərhələsindən qrup mərhələsinə qədər irəliləyirik. Bunu bacarmaq asan deyil.

- Ötən il ölkə çempionatında işləriniz o qədər yaxşı getmirdi. Bu il nə gözləmək olar “Qəbələ”dən?

- İnanırıq ki, bu il həmin uğursuzluqla üzləşməyəcəyik. Artıq o səhvləri təkrarlamarıq. Baş məşqçimiz də ağıllı mütəxəssisdir. Yəqin indi başqa planları var. Hər iki cəbhədə mübarizə aparmaq çətindir. Ancaq bu dəfə öhdəsindən gələrik. Ötən il ilk dəfə idi ki, həm çempionatda, həm də Avroliqada oynayırdıq. Artıq müəyyən təcrübə də əldə etmişik.

- “Qəbələ”nin çempionluğu yetişib?

- Çempion olmağa çalışırıq. Qarşımıza qoyulan məqsəd də budur. Sözlə yox, əməlimizlə etməliyik. Bəli, artıq çempionluğun vaxtıdır.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30