26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Yaşar Vahabzadə: “Elnura dəstək olmaq lazımdı, futbolumuzun gələcəyidi” (MÜSAHİBƏ)

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadənin Futbolxeber.az saytına müsahibəsi

- Sentyabrın 6-da U-21 seçmə mərhələdəki son ev oyununda Farer adalarını qəbul edəcək. Oyunun hazırlığı necə keçir?

- Məşqlərimiz yüksək səviyyədə keçir. Hazırlıqla bağlı hər şey qaydasındadır. Toplanış müddətində 2 yoxlama oyunu keçirdik. Bu görüşlərdə futbolçular arasındakı anlaşmanı yüksək səviyyəyə çatdırmağa çalışırıq. Hazırda tam heyətlə məşq keçə bilmirik. Bəzi oyunçularımız əsas millinin düşərgəsindədirlər. Yeganə narazı qaldığım məqam odur ki, müdafiəçilərimiz yaxşı çıxış etmirlər.

- Yaxşı çıxış etməyə bacarıqları imkan vermir, yoxsa...?

- Yox, bacarıqları ora qədər deyil. Çünki məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Amma “Kəpəz”lə oyunda zəif təsir bağışladılar. Bu, məni təəccübləndirir. Müdafiəçilər bacarıqlarından zəif çıxış etdilər.

- Heyətdə zədəli futbolçu var?

- Məqsəd İsayev zədəli olduğu üçün düşərgədən ayrıldı. Abbas Hüseynov zədəli idi. “Kəpəz”ə qarşı 1 hissə oynadı. Amma hiss olunur ki, tam bərpa olmayıb.

- Farer adalarının son oyunlarını izləmisiz?

- Baxmışam. Bu gün Rusiya ilə qarşılacaqlar. Həmin görüşü də izləyəcəyik. Rəqiz zəif deyil. Hər an təhlükə yarada bilərlər. Fiziki cəhətdən güclüdürlər.

- Müdafiəni qeyd etdiz. Amma razılaşarsız ki hücum xəttində də vəziyyət ideal deyil.

- Mahir Mədətov əsas millinin düşərgəsindədir. “Kəpəz”lə görüşdə Orxan Əliyevi hücumda sınadıq. Səhvləri olsa da, hücumçu kimi üzərinə düşəni etdi və 2 qol vurdu. Bəzi futbolçular əsas yığmadan bizə qoşulacaqlar və bu zaman seçim imkanımız genişlənəcək.

- Elnur Cəfərovun hazırkı vəziyyəti necədir?

- Elnura hər dəfə çalışıram şans verim. Sloveniyada toplanış zamanı bütün oyunlarda şans verdik. Problem oyun təcrübəsinin olmamağıdır. Komanda ilə birgə məşq etmir. Buna görə də təlim-məşq toplanışında çalışırıq ki ona kömək edək. Azərbaycanlıdı, futbolumuzun gələcəyidi. Elnura dəstək olmaq lazımdı. “Xəzər Lənkəran”da oynayanda millidə də özünü yaxşı tərəfdən göstərirdi. İndi klubsuz olması ciddi problemdi.

- Rəqibin Farer adaları olması komandanızda arxayınçılıq yaratmayacaq?

- Arxayınçılıqdan söhbət gedə bilməz. Son Avropa çempionatı da göstərdi ki, hamı futbol oynaya bilir. Rəqibə qarşı qeyri-ciddi yanaşsan, dərhal çətinə düşəcəksən. Onsuz da oyun çətin keçəcək. İlk gündən futbolçulara deyirəm ki, bu görüş ən çətin matçlardan biri olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30