26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Göteborq”un müdafiəçisi: “Bizi qrupdan 90 dəqiqə ayırır”

“Hamımızın bütün diqqəti “Qarabağ”la oyuna yönəlib. Ümid edirəm ki, çempionatdakı məğlubiyyət həmin qarşılaşmaya təsir etməz”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Göteborq”un müdafiəçisi Emil Salomonsson deyib.

 Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Göteborq” İsveç çempionatının XIX turunda “Hammarbü”yə (0:2) məğlub olub. Avqustun 24-də Bakıya gələcək Ağdam təmsilçisinin rəqibi Soren Riks, Mads Olbek, Tobias Hisen kimi aparıcı oyunçuları məhz Azərbaycandakı qarşılaşmaya saxlamışdı.

Salomonsson yerli mətbuata açıqlamasında Avroliqada fərqli çıxış edəcəklərini bildirib: “Çempionat matçından bir neçə gün əvvəl “Qamla Ullevi”də “Qarabağ”la ağır oyun keçirmişdik. Təbii ki, Bakıdakı görüşdə bugünkü performans olmayacaq. Son bir ayda oyun qrafikimiz olduqca sıx olub. Üç gündən sonra bizi daha bir çətin görüş gözləyir. Qrupa düşmək yolunda son addımı atacağıq. Gözləniləndən də yaxşı oynamaq məcburiyyətində olduğumuzu dərk edirik. Belə matça hazırlıq ərəfəsində başqa heç nə haqda düşünmək olmur. Zarafat deyil, bizi Avroliqanın qrupundan cəmi 90 dəqiqə ayırır”.

Qeyd edək ki, “Qarabağ” - “Göteborq” oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında ilk görüşdə İsveç təmsilçisi 1:0 hesablı qələbə qazanıb (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30