26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Maribor”un baş məşqçisi: “Qəbələ” pley-offa təsadüfən yüksəlməyib”

“Sabahkı oyunda məqsədimiz sərfəli nəticə qazanmaqdır. İstəyimiz qrup mərhələsinə yüksəlməkdir. Ən azından səfər qolu vurmaq yaxşı olardı. Rəqibi tanıyırıq. “Qəbələ” pley-offa təsadüfən yüksəlməyib”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Maribor”un baş məşqçisi Darko Milaniç deyib.

Sabah Sloveniya təmsilçisi Avroliqanın pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qəbələ”nin qonağı olacaq. “Maribor”un çalışdırıcısı bu gün matçın keçiriləcəyi “Dalğa Arena”da oyunöncəsi mətbuat konfransı keçirib.

Milaniç “Qəbələ”ni keçə biləcəklərinə inandığını bildirib: “Biz “Qəbələ” üzərində qələbə qazanmağa çalışacağıq. Əminəm ki, bunu bacara bilərik”.

“Maribor”un çalışdırıcısı “Qəbələ”nin heyətində bəyəndiyi futbolçunun adını açıqlamayıb: “Zahoviç Bakıda “Qəbələ”nin çepionat oyununu izləyib. Həmin görüşdə “Qəbələ”nin bir neçə aparıcı futbolçusu çıxış etməyib. Bəlkə də həmin oyunçuları sabahkı görüş üçün qoruyublar. “Qəbələ”nin 2 yaxı yerli oyunçusu var. Amma təkcə onların yox, digərlərinin də çıxışını bəyənirəm”.

Milaniç sabah müdafiədən oynayacaqları ilə bağlı fikri qəbul etməyib: “Biz sabah ancaq müdafiəni düşünməyəcəyik. Komandamızın oyununa fikrimizi cəmləyəcəyik. Çalışacağıq ki, oyuna nəzarəti ələ alaq. “Qəbələ” xüsusi bir formada oynayır. Matçın gedişatından asılı olaraq, oyunda dəyişiklik etməyimiz mümkündür. Lakin Bakıya yalnız müdafiə olunmaq üçün gəlməmişik. Komandam hücum futbolu göstərməyi sevir”.

Sonda “Maribor”un çalışdırıcısı Qriqorçukun püşkdən öncə “Fənərbaxça” ilə qarşılaşmaq istərdik” fikrinə belə münasibət bildirib: “Bu, onun fikridir. Onun nə düşündüyü məni maraqlandırmır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30