26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

AZAL-ın kapitanı: “Əsas məqsədimiz Gəncədən xalla qayıtmaq idi” (MÜSAHİBƏ)

AZAL-ın kapitanı Emin Cəfərquliyev “Kəpəz”lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı Cəfərquliyevin müsahibəsini təqdim edir:

- “Kəpəz”lə görüşdə heç-heçə etməklə mövsümdə ilk xalınızı qazandınız. Qarşılaşmaq haqda nə deyə bilərsən?

- Oyun fikirləşdiyimiz kimi çətin oldu. Hava dəhşətli dərəcədə isti idi. Bu da oyunu yüksək tempdə keçirməyə imkan vermirdi. Ancaq əsas məqsədimiz Gəncədən xalla qayıtmaq idi. Buna da nail olduq. Nəticəyə görə şadıq. “Kəpəz” elə-belə komanda deyil. Avroliqada mərhələ adlayıb. Biz də zəif olmadığımızı göstərdik. Əslində yaxşı komanda olduğumuzu ilk turda da göstərmişdik

- “Kəpəz”in penalti tələb etdiyi epizodla bağlı fikirlərin necədir?

- Mən həmin epizoda şərh vermək istəməzdim. Bu, hakimin qərarıdı. Bir söz deyə bilmərəm.

- Eyni epizod “Kəpəz”in qapısı qarşısında olsaydı...

- Biz də narazılıq edib, penalti istəyərdik.

- AZAL-ın ikinci hissədə aqressiv oynamağa başladı. Bu, nədən irəli gəlirdi?

- Baş məşqçimiz fasilədən sonra dəyişiklik etdi. İrəlidə oyunçularımızın sayı artdı. Əvəzində ortada boşluqlar yarandı. “Kəpəz”in orta xətti meydanı tez keçirdi. Bu səbəbdən də aqressiv oynadıq.

- Yəni, rəqiblə mübarizədə sürətdə çatdırmırdız?

- Yox, bu, taktiki follar idi. Sürətli gələn futbolçunu saxlamaq çətindi.

- Demək olar ki, AZAL Gəncəyə 1 xal üçün gəlmişdi?

- Deməzdim. Bu, çempionatda qazandığımız ilk xaldı. Buna görə sevinirik. Qələbəyə bərabər heç-heçə oldu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30