26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Filip Ozobiç: “Qarabağ”ı məğlub edən komanda zəif ola bilməz”

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç “Kəpəz”lə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” Premyer Liqaya qələbə ilə start verdi. “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdiyiniz görüş barədə nə deyə bilərsən?

- Oyun çətin alındı. “Kəpəz yaxşı komandadır. Birinci hissədə qol şanslarmız olsa da, dəyərləndirə bilmədik. Bəlkə də ilk hissədə hesabı açsaydıq, işimiz daha asan olardı. Bununla belə, fasilədən sonra lazım olan qolları vurduq. Əsas odur ki, qələbə qazanmağı bacardıq. Artıq növbəti görüşlərə hazırlaşmalıyıq.

- Növbəti oyununuz “İnter”ə qarşıdır. Bu komanda haqda məlumatın var?

- Sözün açığı, “İnter”in oyununu izləməmişəm. Amma komanda haqda müəyyən qədər məlumatım var.

- “İnter”in dünən son 3 ilin çempionu “Qarabağ”ı məğlub etməyindən xəbərdarsan?

- Bu nəticədən xəbərdaram. “İnter”lə oyuna qədər vaxt var. Məşqlərə start verdikdən sonra məşqçimiz bizi rəqib haqda məlumatlandıracaq. Düşünürəm “İnter” güclü rəqibdir. Çünki “Qarabağ”ı məğlub edən komanda zəif ola bilməz. Həmin matça çox ciddi hazırlaşmalıyıq.

- İlk matçdan göründü ki, “Qəbələ”nin Avroliqa və çempionatdakı oyunları fərqlənir. Legioner limiti çıxışınıza nə dərəcədə mənfi təsir göstərir?

- Limit öz təsirini göstərir. Amma nə etmək olar? Qaydalar bunu tələb edir. Digər tərəfdən də bu, çempionatdakı ilk oyunumuz idi. Növbəti görüşlərdə daha yaxşı çıxış edəcəyimizə inanıram.

- Avroliqanın pley-off mərhələsində “Qəbələ” “Maribor”la üz-üzə gələcək. Rəqibi necə dəyərləndirərdin?

- “Maribor” güclü rəqibdir. Heyətlərində yaxşı futbolçuları var. Amma bu bizi qorxutmur. Məqsədimiz Avroliqanın qrup mərhələsində oynamaqdır. Bunun üçün “Maribor”u mübarizədən kənarlaşdırmalıyıq.

- Püşkün nəticəsinə əsasən, “Qəbələ” “Maribor”la ilk görüşü səfərdə keçirməliydi. Lakin sonradan oyunların yerləri dəyişdirildi. Bu, sizə problem yaratmayacaq ki?

- Məncə bunun elə bir fərqi yoxdu. Onsuz da hər iki oyunda meydana çıxmalıyıq. Əsas odur ki, qarşılaşmalara 100 faiz hazır olaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30