26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Limiti faydasız hesab edirəm”

Topaz Premyer Liqasının 2016-2017-ci illər mövsümünün I turunun “Qəbələ” - “Kəpəz” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis qələbəni belə şərh edib:

“Rəşad Sadiqovun əvəzlənməsi ilə nəticələnən zədənin hansı dərəcədə olduğunu hələ bilmirik. O, təcrübəli futbolçudur və öz orqanizminə yaxşı bələddir. İnanmıram ki, o, ciddi zədəyə imkan versin. Hesab edirəm ki, bu, sadəcə ağrılar idi və Sadiqov vaxtında meydanı tərk etdi. Digər əvəzetmələri şərh etmək istəmirəm. Hər görüşdə 3 belə imkanımız olur və həmişə bunun səbəblərini açıqlamağa ehtiyac yoxdur. Belə qərar verdim. Oyunu dəyişməyin lazım olduğunu hesab etdim və bu üzdən əvəzetməyə əl atdım. Heç vaxt “belə etsəydik, necə olardı” kimi suallara vaxt sərf etmirəm. Təhlil edib, həmin an üçün lazım olan qərarı verirəm. Növbəti turdakı rəqibimiz “İnter”in “Qarabağ”la matçını izləməmişəm. Çünki öz hazırlığımız və digər işlərimizin çoxluğu buna imkan vermir. Sabah rəqibin oyununa baxıb, təhlil edəcəyik. Bunadək isə öz oyunumuzu analiz etməliyik. Legioner limitini faydasız hesab edirəm. Lakin bununla bağlı qərar qəbul olunub və buna hörmətlə yanaşıb, mövcud əsasnaməyə riayət edirik. Heyəti də buna uyğun qurmalıyıq”.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30