26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Mövsümün ilk qolunun müəllifi: “Saat 6-da belə istidə oynamaq olmur”

“Neftçi”nin müdafiəçisi Elvin Bədəlov AZAL-la oyundan Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız mövsümə qələbə ilə start verdi. AZAL-ı 2:0 hesabı ilə məğlub etdiyiniz görüş barədə nə deyə bilərsən?

- Çətin oyun oldu. Mövsümün ilk oyunları hər zaman çətin keçir. Havanın isti, meydanın süni örtüklü olması da oyuna öz təsirini göstərirdi. Birinci hissədə baxımlı oynamasaq da, fasilədən sonra toparlanaraq qələbə qazandıq.

- Havanın istiliyini qeyd etdin. Razısan ki, belə havada, süni meydana 18:00-da oyun salmaq düzgün deyildi?

- Düz qeyd etdiniz. Saat 6-da belə istidə oynamaq olmur. Hava çox isti idi. Oyunu gərək heç olmasa, 8-ə təyin edərdilər. Lakin bizim nəyisə dəyişmək imkanımız yoxdu. İşimiz deyilən vaxtda çıxıb oynamaqdı.

- İki fərqli hissə izlədik. Fasilədə nə dəyişdi ki, “Neftçi”nin oyununda dönüş yarandı?

- Birinci hissədə isti bizə mane olurdu. Həm də süni meydanda oynamağa hazır deyildik. Həm hazırlıq prosesini, həm də son məşqlərimizi təbii örtüklü meydanda keçmişdik. Birdən-birə süniyə uyğunlaşmaq dərhal mümkün olmadı.

- Mövsümün ilk qolunu sən vurdun. Təəssüratların necədir?

- Təbii ki, mövsümün ilk qolunun müəllifi olduğum üçün şadam. Komanda yoldaşım künc zərbəsindən əla ötürmə verdi. Mən də topu qapıdan keçirdim. Bu, “ev tapşırığı” idi.

- Yayda “Neftçi”nin müdafiə xəttində dəyişikliklər oldu, arxa xətdə yeni futbolçular alındı. Artıq bir-birinizə uyğunlaşa bilmisiniz, yoxsa hələ vaxta ehtiyac var?

- Arxa xətdə çox dəyişiklik olmayıb. Komandaya iki müdafiəçi qoşulub. Artıq bir-birimizə uyğunlaşmışıq.

- “Neftçi” bu mövsüm üçün hədəfi nədir?

- “İlk 3-lük”yə düşməliyik. İlk 3 yerdən birini birini tutmağı bacarsaq, bu, əla nəticə olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30