26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Teo Uiks: “100 faiz qrupda oynayacağıq”

“RAZILIQ ƏLDƏ OLUNSA, “ŞAXTYOR”A KEÇƏRƏM”

“Qəbələ”nin bombardiri Teo Uiks “Lill” lə oyundan (1:1) sonra Futbolxeber.az saytının suallarını cavablandırıb.

- “Qəbələ” “Lill”i mübarizədən kənarlaşdırdı. Özünü necə hiss edirsən?

- Çox şadam. Qələbə qazandığımız üçün sevincimin həddi hüdudu yoxdur. “Lill” üzərində qələbə kiçik uğur. Vacib hesab oluna biləcək qələbə ilə qrup mərhələsinə bir qədər də yaxınlaşdıq.

- Hələ II mərhələdən sonra söhbətimizdə qeyd etmişdin ki, “Lill”i mübarizədən kənarlaşdıracağıq. Bu inam hardan idi?

- Çünki komandama güvənirdim. Biz səfərdə də pis oynamamışdıq. Cavab matçını da gözəl keçirdik. Təbii ki, “Lill”i mübarizədən kənarlaşdırmaq asan deyildi. Zamanla futbol dəyişir.

- Cavab matçının hansı hissəsi “Qəbələ” üçün daha çətin alındı?

- Oyunun özü ümumilikdə çox çətin alındı. Çünki ilk görüşlə müqayisədə rəqibin heyətində kifayət qədər dəyişiklik olmuşdu. Buna baxmayaraq, sona qədər vuruşub, qələbə qazandıq.

- İlk matçın ikinci yarısında “Qəbələ” inamlı görünmürdü. Amma Bakıda 90 dəqiqə boyunca döyüşkən “Qəbələ” gördük...

- İkinci oyunda evdə oynayırdıq. Öz azarkeşlərimiz çıxış edirdik. Onların dəstəyi ilə daha yaxşı mübarizə apardıq.

- “Lill” kimi klubu mübarizədən kənarlaşdırdıqdan sonra “Qəbələ”nin qrup mərhələsində çıxış edəcəyini əminliklə söyləmək olar?

- 100 faiz qrupda oynayacağq. Komandamıza güvənirəm. Heyətimizdə çox yaxşı futbolçularımız var. Şansımız böyükdür.

- Ukrayna mətbuatında “Şaxtyor”un səninlə maraqlandığı barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Bu barədə mən də eşitmişəm. Şadam ki,”Şaxtyor” mənimlə maraqlanır. Lakin hazırda əsas məqsədim “Qəbələ”yə kömək etməkdi.

- Bəs, “Qəbələ” keçidinə maneçilik törətməsə..?

- Dediyim kimi, bu, məndən asılı olan məsələ deyil. Hazırda “Qəbələ”nin futbolçusuyam. Razılıq olsa, hər şey mümkündü

- Yəni, “Qəbələ”ni “Şaxtyor”a dəyişə bilərsən?

- Mümkündü. Çünki karyeramın parlaq alınmasını istəyirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30