26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Daçiya”ya qarşı öz oyunumuzu göstərsək, qələbə qazanacağıq”

“Komandada hər şey ürəyimcədir. Kollektivə daha tez uyğunlaşmağa çalışıram. “Kəpəz”ə kömək etmək üçün buradayam”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”in yeni transferi Renan da Silva Alves deyib.

Braziliyalı müdafiəçi Gəncə klubuna kömək etmək arzusunda olduğunu bildirib: “Kəpəz”ə kömək etmək, komandanın mərhələ adlamasında yardımçı olmaq üçün əlimdən gələni edəcəyəm. Yoxlama oyunlarında pis təsir bağışlamadıq. İndi qarşıdakı “Daçiya” ilə görüşü düşünürük. İlk matçda evdə oynayacğıq. Azarkeşlərin dəstəyi bizi daha da ruhlandıracaq”.

Silva Alves vurğulayıb ki, “Daçiya”nı Bakıda məğlub etmək mümkündür: “Rəqib haqda məlumatım var. Amma “Daçiya”nın oyunu məni çox da maraqlandırmır, əsas öz oyunumuzdur. Öz oyunumuzu göstərsək, qələbə qazanacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30