26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Mövsümün rekordu və kubok tarixində 3-cü

2015/16 mövsümünün son oyunu rekordla əlamətdar olub. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Kubokunun “Qarabağ”la “Neftçi” arasında final görüşü ölkəmiqyaslı yarışlarda mövsümün ən çox tamaşaçı toplayan matçı olub. Ağdam təmsilçisinin əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldiyi oyunu 23000 azarkeş izləyib.
Bunadək başa çatan 2015/16 mövsümünün rekordu Azərbaycan Premyer Liqasında qeydə alınmışdı. Bu il fevralın 14-də Gəncədə keçirilən “Kəpəz” - “Qarabağ” görüşündə (1:2) 20400 tamaşaçı toplaşmışdı. Tofiq Bəhramov adına Respublika stadionundakı matçda bundan 2600 azarkeş artıq olub. Başa çatan mövsümdə finaladək ən çox tamaşaçı toplayan kubok matçı isə 1/4 finala təsadüf edib. “Xəzər Lənkəran”la “Neftçi” arasındakı ilk görüşü (3:2) Lənkəran şəhər stadionunda 4500 azarkeş izləyib.
Respublika stadionundakı matçda qeydə alınan nəticə Azərbaycan Kuboku tarixinin 3-cü göstəricisidir. 2009/10 mövsümünün elə bu stadiondakı finalında “Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasını (2:1) rekord sayda - 26000 azarkeş izləmişdisə, 2010/11 mövsümünün “İnter”lə “Xəzər Lənkəran” arasında həlledici matçında (1:1, pen. 2:4) 24000 tamaşaçı toplaşmışdı.
 

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30