26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Şəmkir”in baş məşqçisi 1 illik futboldan uzaqlaşdırıldı

Bu gün AFFA Intizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, I Divizionun XXV turunun “Şəmkir” - MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir” klubunun 5 №-li futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Şəmkir” - MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir” klubunun cəzalı olan baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq komandasının oyunu davam etdirməməyini tələb edib və oyunda 10 dəqiqə məcburi fasilə yaranmasına səbəb olub. Habelə hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlib. İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

Oyunun 18-ci dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq oyunda fasilə yaranmasına səbəb olması, habelə hakimlər briqadasını təhqir edərək  hədə-qorxu gəlməsini və bu halın analoji olaraq ardıcıl baş verdiyini nəzərə alaraq məşqçinin 12 ay futbol fəaliyyətinə qadağa qoyulur, klub 1500 manat cərimə olunur.

“Şəmkir” klubu meydançanı özbaşına tərk etdyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq klub 1000 manat cərimə olunur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30