26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ruslan Əmircanovun “Qəbələ”yə qarşı iddiası təmin olunmadı

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi dünən "Qəbələ"ylə bu klubun sabiq futbolçusu Ruslan Əmircanov arasındakı məsələyə baxıb. Futbolxeber.az saytının məlumatına görə, komitənin qərarına əsasən “Qəbələ” sabiq futbolçusuna onun iddia etdiyi qədər - 120 min dollar ödəməyəcək. Məsələni araşdıran qurum bir çox məsələlərdə klubun haqlı olduğun qənaətinə gəlib və “Qəbələ” tərəfindən məbləğin yalnız üçdə birinin - 40 min dolların futbolçuya ödənməsi barədə qərar çıxarıb. “Qəbələ” 15 gün ərzində bu qərara etiraz edə və apellyasiya şikayəti verə bilər.

Xatırladaq ki, 2014-cü ilin may ayında “Qəbələ” ilə birillik müqavilə bağlayan Əmircanov “qırmızı-qara” forma ilə cəmi 8 oyuna (674 dəqiqə) çıxıb. 2014-2015 mövsümü ərzində zədədən əziyyət çəkən futbolçu Türkiyədə və İtaliyada klub hesabına müalicə edilib

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30