11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

“Yeni mövsümdə “Xəzər Lənkəran”ın büdcəsi artırılacaq”

“Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Gözəl oyun alındı. Hər iki komanda hücum futbolu sərgilədi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov “Zirə” ilə oyundan sonra deyib.

Məmmədov 0:1 hesablı yenilgini müdafiədəki səhvlə əlaqələndirib: “Müdafiədə buraxdığımız səhv qolla nəticələndi. Biz də qol epizodları yaratdıq. Lakin onları dəyərləndirə bilmədik”.

Elbrus Məmmədov artıq yeni mövsüm haqda düşündüklərini qeyd edib: “Yayda yeni transferlər olacaq. Çatışmayan oyunçularımız çoxdur. Hər mövqeni gücləndirməliyik. Komandanın da büdcəsi artırılacaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31