26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Muarem Muarem: “Rəhbərlik istəsə, Ağdamda oynamağa hazırıq” (Müsahibə)

“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə makedoniyalı futbolçu Ağdamda oynamağa hazır olduğunu vurğulayıb.

- “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdiyiniz oyun barədə nə deyə bilərsən?

- “Neftçi” yaxşı komandadır. Turnir cədvəlində aşağı pillələrdə qərarlaşsalar da, zəif deyillər. Üstəlik, “Neftçi” “Qarabağ”a qarşı daim ciddi müqavimət göstərir. Bu gün vacib olan 3 xal qazandıq. Buna görə də çox şadam.

- Oyundakı bütün qollar ikinci hissədə vuruldu. Bunu nə ilə əlaqələndirərdin?

- Birinci hissədə hesabı açmaq üçün çalışırdıq. Lakin istəyimiz alınmadı. Fərqlənmək üçün şanslarımız da oldu. Amma dəyərləndirə bilmədik. Fasilədən sonra istəyimizə çatdıq.

- Artıq “Qarabağ” çempionluğun taleyini həll etdiyini söyləmək olar?

- Qarşıda hələ 6 oyun var. Çempionluğa yaxınıq. Növbəti oyunlarda da uğurlu çıxış edərək, qızıl medallara sahib çıxmaq istəyirik. Biz də istəiyirik ki, çempionluğun taleyini mümkün qədər tez həll edək.

- “Neftçi” ilə oyunun sonlarında real qol epizodunu qaçırdın...

- Qol vurmağı çox istəyirdim. Həmin anda qeyri-dəqiq oynamağım da bu istəkdən irəli gəlirdi. Bəlkə də birinci dəfədir ki, belə zərbə vurdum.

- Bu günlərdə Tahir Gözəl komanda üzvləri ilə görüşdü. Həmin görüşdə hansı məsələlər müzakirə olundu?

- Qarabağda baş verən proseslər haqda danışdıq. Biz də hansı klubun formasını geydiyimizi çox yaxşı bilirik. Ciddi bir klubu tımsil edirik. Həm avropada, həm də Azərbaycanda Qarabağın adını uca tutmağa çalışırıq.

- “Qarabağ” yenidən ev oyunlarını Ağdamda keçirə bilər?

- Bu barədə rəhbərlik qərar verməlidir. Onlar istəsə, biz Ağdamda oynamağa hazırıq. Niyə də Ağdamda oynamaq? Əvvəl də orada çıxış etmişik.

- Amma futbolçuların bu istəkdə olmadıqları deyilir. Əsas kimi isə Quzanlıda şəraitin yaxşı olmaması göstərilir...

- Əvvəl bəlkə də şərait yaxşı olmayıb. Amma dediyim kimi, rəhbərlik hansı qərarı qəbul etsə, biz bunu yerinə yetirməliyik.

- Azərbaycan və Makedoniya milliləri arasında baş tutacaq yoxlama oyununda meydana çıxmaq istərdin?

- Dəvət gələrsə, təbii ki oynamaq istərəm.

- Həmin qarşılaşmada şansları necə dəyərləndirirsən?

-  Hazırda FIFA reytinqində Azərbaycan daha yaxşı durumdadır. Bununla belə, maraqlı, gərgin bir oyun olacağını düşünürəm.

- Daha əvvəl “Qarabağ”ın formasını geyən Muarem daha yaxşı formadaydı, yoxsa indiki?

- Əvvəl daha yaxşı formadaydım. Sonra klubu tərk etdim və bir müddət meydana çıxmadım. Amma hazırda əvvəlki formamı bərpa etmək üzrəyəm.

- “Qarabağ”dan gedişini səhv addım hesab etmək mümkündür?

- Bəli, səhv etdim. Amma həyatda hər kəs səhv edə bilər. Bir addım atanda nəticəsinin necə olacağını əvvəldən bilmirik.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30