26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Qəbələ” hazırlıqlara start verdi

Azərbaycan Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” dünən Qəbələ şəhər stadionunda bir araya gələrək məşqini gerçəkləşdirib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən futbolçular sonra toplu çalışmalara üstünlük verib. Komandanın baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Ukraynalı mütəxəssis yığma üzvlərinin yoxluğunda əvəzedici komandanın qapıçısı Süleyman Süleymanovu hazırlıqlara cəlb edib. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30