26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Tofiq Bəhrəmovun izi ilə gənc hakimlərin inkişafı” layihəsi həyata keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində  “Tofiq Bəhrəmovun izi ilə gənc hakimlərin inkişafı” layihəsi həyata keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, layihənin başlıca məqsədi futbol hakimliyinə marağı olan gənclərə təcrübi və nəzəri bilikləri aşılamaq, futbol hakimliyi ilə bağlı gənclərdə maraq oyatmaqdır.  FİFA dərəcəli yerli futbol mütəxəssislərinin iştirakı ilə gənclər, hakimliyin qayda və prinsipləri ilə daha yaxından tanış olacaq, tanınmış hakimlərin bilik və təcrübələrinn faydalanacaqlar.

Nəzəri və təcrübi hissələrdən ibarət iki gün davam edəcək layihənin nəzəri hissəsi müasir futbolun qaydaları, futboldakı ən son innovasiyaların mahiyyəti, dünya təcrübəsində mübahisəli epizodların təhlili və hakimliklə bağlı digər mühüm məsələlər ekspertlərlə gənc hakimlərin arasında müzakirə olunacaq.  Layihənin təcrübi hissəsində gənc hakimlərin fiziki dayanıqlılıq, və bundan irəli gələn digər normativlərin tədrisi və ilkin təcrübəsi həyata keçiriləcək . Təcrübi hissədə “Referee simulator” proqramı icra ediləcək . Layihənin davamlılığı məqsədi ilə fərqlənən gənclər diplom və sertifikat əldə etməklə yanaşı hakimlik karyerasına başlaması üçün aidiyyatı qurumlara yönləndiriləcək.

Layihə rəhbəri Fərzəliyev Əli Nadir oğludur.

Layihəyə marağı olan gənclərin 23-31 yanvar 2016 cı il tarixlərində  [email protected] adresinə müraciət etmələri xahiş olunur. Əlavə məlumat üçün : +994553613373




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30