26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Neftçi”nin diqqətinə: Musayevi, Sadıqovu başa düşdük, bəs Abdullayev? YAZI

HAZIRKI “NEFTÇİ” RƏHBƏRLİYİ AFFA PEZİDENTİNİN QAZANDIĞI UĞURLARI DA QƏBUL ETMİR?!

Son günlər idman mətbuatında ən çox müzakirə olunan klub “Neftçi”di. Yox, “ağ-qaralar” Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” və “Qəbələ” kimi Avropanın ortabab klublarını topa tutmaqla gündəmdə deyil. “Neftçi”ni gündəmə gətirən “Ağ-qara tariximiz” adlı qısametrajlı filmdi. Hadisədən bixəbər olanlar üçün qısaca xatırladım ki, klub nümayəndələri 11 il əvvəl “Neftçi”nin “Pünik” üzərində qazandığı tarixi qələbə haqda film hazırlayıblar. Amma və lakin nədənsə, filmdə ermənilər üzərindəki tarixi uğurda böyük payı olan ovaxtkı klub rəhbərliyi “unudulub”. Bu isə qəbulolunmaz haldı. Axı, rəhbər olmadan hansısa uğurun qazanılması qeyri-mümkündü. Məgər Rövnəq Abdullayevin, Elşad Nəsirovun, Ramin Musayevin dığaların diz çökməsində rolu məşqçi və futbolçu heyətindən az olub? Həmin vaxt “Neftçi”nin prezidenti olan Rövnəq Abdullayev və daim komandanın yanında yer alan vitse-prezident Ramin Musayevin filmdə yer almaqları bir yana, ən qəribəsi odur ki, oyunun icmalı əks olunan kadrlarda heç adıçəkilən şəxslərin sevindiyi anlar da yoxdu. Niyə? Məgər həmin kadrları tapmaq çətin idi? Əsla! Həmin kadrlar həm AzTV-nin, həm də “Lider”in arxivində var. Əminəm ki, “Neftçi”də çalışanlar adıçəkilən kanala müraciət etsəydilər, kadrları əldə edərdilər. Sadəcə, “Neftçi” bunu istəməyib. Başa düşürəm, ola bilər ki, “Neftçi”nin indiki rəhbərliyi Ramin Musayevə qısqanclıqla yanaşır. Musayevin vaxtında komanda daha böyük uğurlar qazanıb. Bəs Rövnəq Abdullayev? Belə çıxır ki, “Neftçi”nin hazırkı rəhbərliyi Rövnəq Abdullayevin qazandığı uğurları da qəbul etmir?! Hamımız çox gözəl bilirik ki, “Neftçi”ni ayaqda saxlayan SOCAR-dı. O SOCAR ki, həmin qurumun rəhbəri elə Rövnəq Abdullayevdi. Bir daha təkrar edirəm ki, “Neftçi” rəhbərliyinin daha əvvəl klubda çalışmış Ramin Musayevə, Sadıqov Sadıqova qısqanclıqla yanaşamasını anladıq. Amma Rövnəq Abdullayevin həmin filmdə “xatırlanmaması” çox böyük səhvdi. Qısametrajlı filmdə Rövnəq Abdullayevin adını bir kəlmə ilə çəkmək çoxmu çətin idi?

Haşiyəyə çıxaraq bir məqamı da xatırlamaq istərdim. Ötən il “Neftçi”nin ASAN Xidmətlə müqavilə imzaladığı mərasimdə klubun tarixini əks etdirən videorolik yayımlanmışdı. Nə qədər qəribə olsa da, həmin videoda klubun “Rəvan”a, “Sumqayıt”a vurduğu qollar əks olunmuşdu. Hansılar ki, hazırkı rəhbərliyin dövrünə təsadüf edir. Ancaq “ağ-qaralar”ın tarixi ərzində qazanılan ən böyük uğurlardan olan komandanın Avroliqaya vəsiqə qazanması, “Birlik kuboku”nu qazanması, həmin turnirdə erməniləri diz çökdürməsi yer almamışdı. Hörmətli oxucu, hansı daha vacibdir: “Neftçi”nin Avroliqanın qrup mərhələsinə yüksəlməsi, “Birlik kuboku”nu qazanması, erməniləri diz çökdürməsi, yoxsa “Rəvan” və “Sumqayıt”a vurulan qollar? Bu faktlardan sonra kim nə deyir desin, hazırkı rəhbərliyin sələflərinin qazandığı uğurları qəbul etməməsi, qısqanclıqla yanaşması aşkar görünür.

“Neftçi”nin çəkdiyi qısametrajlı filmin sonunda məlum olur ki, lentə alınanları bir azarkeş azyaşlılara nəql edir. “Neftçi” erməniləri diz çökdürəndə həmin azarkeş yəqin ki, məktəbdə oxuyardı. Halbuki o tarixi oyuna canlı tamaşa edən Ceyhun Bədəlzadə gördüklərini nəql etsəydi, daha maraqlı alınardı. Əbəs yerə 100 eşitməkdənsə, 1 görmək yaxşıdı deməyiblər.

Yazını bu yerdə bitirmək istəyirdim ki, xəbər yayıldı - “Neftçi” “CBC Cup”un qalibi olub. Yəqin ki, bundan sonra “Neftçi”nin tarixinə həsr olunmuş videoroliklərdə bu uğur birinci yerdə olacaq. Axı, əvvəlki rəhbərlik “Birlik kuboku”nu qazandığı, Avroliqanın qrupuna düşdüyü halda indiki rəhbərliyin qazancı televiziya kubokudu. Hansı ki həmin turnirdə “Neftçi” I divizion klublarını belə çətinliklə məğlub etdi...

“Neftçi”nin Antayaya getməməsi də bir ayrıca dərddi. 9 ildən sonra “ağ-qaralar” ilk dəfə qış fasiləsində qardaş ölkəyə yollanmadı. Başa düşürəm, neftin qiyməti ucuzlaşıb. Amma komandaya gəldiyi gündən demək olar ki, heç bir xeyri olmayan Peskoviç, Jairo, Anyete kimi legionerə xərclənən pula nəinki əsas,əvəzedici heyəti də Antalyaya aparmaq olardı. “Qəbələ” kimi...Yəni, indiki “Neftçi” “Qəbələ”nin “dubl”u qədər də deyil?..

 Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30