26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Bakı”nın yetirməsi AZAL-la anlaşdı

AZAL heyətinə yeni futbolçu cəlb edib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi sabah daha bir futbolçu ilə müqavilə imzalayacaq.

Belə ki, “Bakı”nın yetirməsi olan Hacı Əhmədov qış fasiləsindən sonra “təyyarəçilər”in formasını geyinəcək. Bu gün “Şərurspor”la keçirilən oyunda yeni komandasının heyətində yer alan və 34 nömrəli futbolka ilə meydana çıxan yarımmüdafiəçi ilə “6 ay+1 il” müddətinə anlaşma imzalanacaq.

Əhmədov “Bakı”dan sonra “Sumqayıt” və “Qarabağ”ın formasını geyinib. O, yayda Premyer Liqanın debütantı “Zirə” ilə müqavilə imzalasa da, meydana nadir hallarda çıxıb. Buna görə də 23 yaşlı futbolçu özünü AZAL-da sınamaq qərarına gəlib.

Karyerası ərzində 17, 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının formasını geyinən Əhmədov iki dəfə əsas yığmaya dəvət edilib. Yarımmüdafiəçinin “Xəzər Lənkəran”a keçəcəyi gözlənilirdi. Amma Lənkəran təmsilçisində yaşanan məlum problemlər üzündən o, AZAL-ın düşərgəsinə yollanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30