26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Baş katib UEFA-nın tədbirində

Türkiyənin İstanbul şəhərində UEFA-nın “KISS Marketing Community Workshop” tədbiri keçirilir. Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə UEFA-nın bu ildən etibarən tətbiq etməyə başladığı “Grow-2020” layihəsinin təqdimatı ilə çıxış edib.

2014-cü ildə Portuqaliyanın Cascais şəhərində təşkil olunmuş UEFA-nın “KISS Marketing Awards 2014” tədbirində AFFA-nın təqdim etdiyi “3x3 Qızlar” turniri “Ən yaxşı futbol kütləvililiyi marketinq kampaniyası” kateqoriyası üzrə “Kreativlik və İnnovativlik” mükafatına layiq görülmüşdü. Mükafatla bağlı müvafiq diplom İstanbulda keçirilən tədbirdə UEFA-nın İcraiyyə Komitəsinin üzvü Allan Hansen tərəfindən Elxan Məmmədova təqdim olunub.

Qeyd edək ki, AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri Tural Piriyev və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev tədbirdə iştirak edir.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30