26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Rəvan” rəhbərliyi futbolçulara: Pul yoxdu, gedə bilərsiniz

Maliyyə problemi içində boğulan “Rəvan”ın durumu heç də ürəkaçan deyil. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, komandanı artıq rəsmən tərk edən oyunçular var.

Bunlar Cavad Kazımi, Roini İsmayılov, Şeriff Suma, Nicat Muxtarov və Orxan Həsənovdu. Onlar artıq yola salınıblar. Həmçinin baş məşqçi Bəhmən Həsənov tərəfindən komandadan qovulan Fərid Quliyevin də müqaviləsinə bu günlərdə xitam veriləcək.

Lakin “sarı-qırmızılılar”ın problemi bununla bitmir. Əsas heyət oyunçularının heç biri neçə gündü məşqlərdə iştirak etmir. Maaşlarını tələb edən futbolçular etiraz səslərini rəhbərliyə bu yolla çatdırırlar. Lakin paytaxt klubunun başbilənləri bundan o qədər də narahat deyillər.

Yerli komandalar arasında keçiriləcək turnirdən rəsmən olmasa da, imtina edən “Rəvan” çempionatı başa vuracaq. Belə ki, klub prezidenti Nuru Əliyev loru dildə desək, mövsümün qalan hissəsini birtəhər “yola verib”, sonra klubun fəaliyyətini dayandırmağı planlaşdırır. Gəl, gör ki, “Rəvan” ikinci yarını necə keçirəcək?

Bütün təcrübəli futbolçulara artıq deyilib ki, pul yoxdu, kim istəyirsə getsin. Bir sözlə, əsas komandanın üzvlərinə özlərinə komanda tapmaq tapşırılıb. Həmçinin baş məşqçi Bəhmən Həsənovun da vəzifəsindən ayrılması istisna deyil. Əvəzedicilərin oyunçuları artıq əsas heyətə cəlb edilib. Komanda üçüncü və son dövrəni gənclərlə keçirəcək. U-19-un futbolçuları isə əvəzedicilərə keçəcəklər.

“Rəvan”dakı bu durum uşaq futboluna da ciddi təsir göstərəcək. Belə ki, klub aşağı yaş qrupları üzrə turnirlərdən də imtina edəcək.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30