26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Azad Kərimov: “Bilirik ki, azarkeşlərimiz də bizdən qələbə gözləyir”

“Komandamız möhkəm birlik üzərində qurulub. Baş məşqçimiz yaxşı kollektiv formalaşdırıb. Yumruq kimi birləşmişik və eyni hədəfə vururuq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözlər “Kəpəz”in futbolçusu Azad Kərimova məxsusdur.

Klubun rəsmi internet saytı olan kapazpfc.az-a açıqlama verən müdafiəçi son oyunlar “sarı-göylər”in qələbə qazana bilməməsinə toxunub: “Futbol kollektiv və zəncirvari oyundur, bir futbolçu yaxşı oynamayanda ansambl pozulur. Bizdə hər şey normaldır, yeganə çatışmayan cəhətimiz qol vura bilməməyimizdir. Deyim ki, imkanlarımız olmur, düz çıxmaz. Hər oyun 4-5 real qol epizodu yaradırıq, amma istifadə edə bilmirik. Qol vura bilsək, nəticələrimiz yaxşılaşacaq”.

Topaz Premyer Liqasında qış fasiləsinin yaranmasına iki tur qalıb. Bu mənada “Kəpəz”i qarşıda “Xəzər Lənkəran”la səfər, “Neftçi” ilə ev oyunu gözləyir: “İnşallah, hər iki matçda uğur qazanmaq əsas məqsədimizdir. Maksimum nəticə ilə oyunları başa vursaq, hesabımıza 6 xal yazacağıq. Bu da turnir cədvəlindəki yerimizə təsirsiz ötüşməyəcək. Bilirik ki, azarkeşlərimiz də bizdən qələbə gözləyir. Onlar istənilən hava şəraitində, ev və səfər oyunlarında bizi lazımınca dəstəkləyirlər. Fanatları sevindirməliyik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30