26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

AFFA-dan "Neftçi"yə 84 minlik cərimə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda ölkə kubokunun final matçında baş vermiş qalmaqala hüquqi qiymət verilib:

Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

“Neftçi” klubunun komanda rəisi Güloğlan Cabbarovun klubda tutduğu vəzifəsindən azad olduğunu nəzərə alaraq, “Neftçi” klubu 40 000 manat cərimə olunub.

“Neftçi” klubunun operatoru Dadaş Zeynalov dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klub 6000 manat cərimə olunub.

“Neftçi” klubunun məşqçisi Neboşa Manoloviç  dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klub 6000 manat cərimə olunub.

“Neftçi” klubunun təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanıb, klub 6000 manat cərimə olunub.

“Neftçi” klubunun təhlükəsizlik xidmətinin 3 üzvü: Əsgərov Elnur, Ağayev Şəhriyar və Seyidov Mirramin dava-dalaşda iştirak etdiyi üçün hər biri 12 oyunluq cəzalanıb, klub 18 000 manat cərimə olunub.

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Bura futbolçulara görə tətbiq olunan cəzaları da nəzərə alsaq, məlum olur ki, ümumilikdə AFFA İntizam Komitəsi "Neftçi"ni 84, "Xəzər Lənkəran"ı isə 7 min manat həcmində cərimələyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30