26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Tərlan Əhmədov: “Oyunun taleyini ilk hissədə həll edə bilərdik”

“Ruh düşkünlüyünə baxmayaraq, AZAL əzmkar oyun sərgilədi. Ümumilikdə hər iki komandanın ifasında maraqlı, mübarizəli bir oyun gördük”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov Premyer Liqanın IX turunda “Neftçi”yə qalib gəldikləri görüşlə (2:1) bağlı bunları söyləyib: “Biz oyunun taleyini ilk hissədə həll edə bilərdik. Sadəcə, yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Fasilədə komandaya əks hücumlarda oynamağı tapşırdım. Eyni zamanda, edilən dəyişikliklər də öz bəhrəsini verdi. Bu qələbəyə görə komandaya təşəkkür edirəm, artıq “Neftçi” ilə matçı unudub, növbəti tura hazırlaşmaq vacibdir. Biz bəzi səhvləri etməsəydik, indi xallarımız daha çox olardı. Maliyyə durumu normallaşmaqdadır. Artıq məşqçilər korpusunun, futbolçuların maaşları ödənilib”.

 

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30