26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Rəşad Sadiqov “Futbolda məğlubedilməz rəqib yoxdur”

“Burada bizi ağır oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayan tərəf biz olaq. Bütün komanda buna köklənib”. Futbolxeber.az-ın Afinaya ezam olunmuş əməkdaşına verdiyi açıqlamada bu sözləri “Qəbələ”nin üzvü Rəşad Sadiqov deyib.

Sadiqov qeyd edib ki, rəqib güclü olsa da, məğlubedilməz deyil: “Panatinaikos” adlı-sanlı komandadır. Xeyli titulları var. Amma biz də onlardan zəif deyilik. Futbolda məğlubedilməz rəqib yoxdur. Yalnız qələbəyə inanmaq və meydan bütün bacarığını ortaya qoymaq lazımdır”.

Sadiqov yunan azarkeşlərdən də söz açıb: “Bundan əvvəlki mərhələlərin hər birində səfər matçını psixoloji gərginlik içində keçirmişik. Bu baxımda xüsusən də “Apollon”la Kiprdəki görüşü qeyd etmək olar. Növbəti azarkeş təzyiqinə də hazırıq. Dolu tribunalar önündə oynamaq hər bir futbolçunu daha çox həvəsləndirir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30