26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Məhəmməd Mirzəbəyov: “Afinada qələbə qazanacağımıza inanırıq”

“Qəbələ”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Futbolxeber.az saytına müsahibə verib.

- “Kəpəz” oyunda 1:0 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsən?

- Oyun asan alınmadı. “Qəbələ” üçün 2 cəbhədə mübarizə aparmaq asan deyil. Ardıcıl oyunlar keçirməyimizə baxmayaraq, pis oynamadıq. Xüsusən də ikinci hisəsədə daha yaxşı oynadıq. Ilk yarıda hesabı açsaq da, əla çıxış etdiyimizi söyləmək olmaz.

- “Panatinaikos”la oyundan sonra “Kəpəz”lə üz-üzə gəldiniz. Bu oyunda komandada yorğunluq hiss olunurdu?

- Ardıcıl matçlar keçirdiyimiz üçün istər-istəməz komandada yorğunluq olur. “Kəpəz”lə görüşün sonuna yaxın bu, hiss olunurdu. Amma nəyisə dəyişməz olmaz. Yoğrun olsaq da, bütün gücümüzü meydanda qoymalıyıq.

- Növbəti oyun “Panatinakos”a qarşıdır...

- “Panatinaikos”a qarşı keçirdiyimiz ilk oyundan sonra cavab görüşü barədə düşünmürdük. Həmin 90 dəqiqədən sonra yalnız “Kəpəz”lə matç barədə fikirləşirdik. Çünki “Kəpəz”i qoyub Afinadakı oyunu düşünsəydik, düzgün olmazdı.  Çempionat da bizim üçün çox vacibdir. Hər iki cəbhədə uğur qazanmaq istəyirik. “Kəpəz”lə görüş mühüm əhəmiyyət kəsb edirdi. Çox şadam ki, 3 xal qazandıq. Artıq bundan sonra Afinadakı matçı düşünmək olar.

- Komanda avqustun 27-də keçiriləcək oyuna qədər tam hazır olacaq?

- Məncə hə. İnanıram ki, həmin görüşdə komanda 100 faiz hazır olacaq. Komanda olaraq hər şeyin yaxşı olacağına inanırıq.

- “Qəbələ” Afinada tarixinin ən vacib oyununa çıxacaq. Yunanıstandan sərfəli nəticə ilə qayıtmaq mümkün olacaq?

- Biz səfərdə qələbə, qazanacağmıza inanırıq. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Səfərdə bizi ağır oyun gözlədiyini bilirdik. Bununla belə, orada sona kimi mübarizə aparacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30