26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Yanq Boyz”un rəsmi saytı: “Ağdam ermənilər tərəfindən işğal olunub”

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun ərəfəsində Ağdam klubu haqda yazı dərc edib. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, yazıda “Qarabağ”ın uğurlu çıxışına diqqət çəkilib, komandanın son iki mövsüm Azərbaycan çempionu olduğu, Avroliqanın qrup mərhələsində iştirak etdiyi bildirilib.

Xatırladılıb ki, ötən mövsüm komanda “İnter” və “Dnepr”dən sonra Avroliqada qrupu üçüncü yerdə tamamlayıb. Amma eyni zamanda Ağdam təmsilçisinin bəxtsizlik ucbatından növbəti mərhələyə keçə bilmədiyi qeyd olunub.

Yazıda eyni zamanda komandanın bu mövsüm Çempionlar Liqasındakı çıxışına toxunulub, “Seltik”lə məğlubiyyətdən sonra “Qarabağ”ın Avroliqanın pley-offuna düşdüyü bildirilib.

Yazıda diqqət çəkən əsas məqam Ağdamla bağlı olub. Qeyd olunub ki, komanda 1993-cü ildə ev oyunlarını Bakıda keçirir. Buna səbəb kimi, həmin il Ağdamın Ermənistan ordusu tərəfindən işğal edilməsi göstərilib. “Hazırda Ağdam burada yerləşdirilən bir neçə insanın yaşadığı ruhlar şəhəridir” – deyə yazıda vurğulanıb.

Qeyd edək ki, “Yanq Boyz”un rəsmi səhifəsi Ağdamın ermənilər tərəfindən darmadağın edilmiş hazırkı durumunu təsdiq edən şəkil də paylaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30