Ölkə futbolu
"Neftçi" rəsmiləri Braziliya klublarının oyunlarında
“Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov və klubun idman direktoru Vəli Qasımov Cənubi Amerikada rəsmi işgüzar səfərdədirlər. Futbolxeber.az-ın məlumatına görə, dünən klub rəsmiləri Braziliya komandalarının iştirakı ilə keçirilmiş 2 qarşılaşmanı izləyiblər. Əvvəlcə “Fluminense” və “Vasko da Qama” klublarının 20 yaşadək futbolçulardan ibarət komandalarının oyununa yollanmış nümayəndələr, daha sonra A Seriyasının 18-ci turu çərçivəsində keçirilmiş “Flamenqo” - “Atletiko PR” matçına stadiondan baxıblar. Bununla yanaşı, klub rəsmiləri iki işgüzar görüşdə qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirələr aparıblar. Səfərin təfərrüatları barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Qeyd edək ki, 4 qat Braziliya çempionu, ölkə kubokunun qalibi və Libertadores kubokunun finalçısı olmuş “Fluminense” klubunun heyətində dünya şöhrətli futbolçular çıxış edib. Onlardan Fred, Deko, Romario, Branko və Rivelino kimi futbolçuların adlarını çəkmək kifayət edir.
1898-ci ildə yaradılmış “Vasko da Qama” klubu isə daha zəngin tarixi nailiyyətlərə imza atıb. Libertadores kubokunun qalibi olmuş “ağ-qara”lar 4 dəfə ölkə çempionu və 1 dəfə Braziliya kubokunun qalibi adını qazanıblar. Dunqa, Jardel, Tostao, Edmundo, Vava kimi futbolçular məhz bu komandanın formasını geyiniblər.
2005-ci ildə Libertadores kubokunun finalında oynamış “Atletiko” PR bir dəfə Braziliya çempionu olub. Vaxtilə heyətində Kleberson, Jadson, Mişel Bastos kimi futbolçuları cəmləşdirmiş “qasırğa” ləqəbli komanda hazırda A Seriyasının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Ev oyunlarını məşhur “Marakana” stadionunda keçirən “Flamenqo” isə nəinki Braziliyanın, həm də Latın Amerikasının ən məşhur komandalarından sayılır. “Qırmızı-qara”lar Libertadores kubokunu qazanmaqla yanaşı, 6 dəfə A Seriyasının qalibi olublar. Leonardo, Julio Sezar, Bebeto kimi adlar vaxtilə “Flamenqo”nun şərəfini qoruyublar. Hazırda da güclü heyətə malik olan Rio-de-Janeyro təmsilçisi 18 turdan sonra A Seriyasında 11-ci yeri tutur.
Qeyd edək ki, əsası yerli futbolçulardan təşkil olunmuş bu klublar güclü futbol akademiyasına malik olmaqla yanaşı, futbolçu yetişdirmək sahəsindəki təcrübələri ilə tanınırlar. Bu baxımdan Braziliya klublarının əsas və aşağı yaş qrupu komandalarının oyunları bu ölkəyə gələn nümayəndə və menecerlər tərəfindən hər zaman maraqla izlənir.
neftchipfk.com
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib