26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Seltik”lə oyun canlı yayımlanmaya bilər: “Qarabağ” yayım hüququnu satmaq istəyir

Hal-hazırda ölkəmizin 3 klubu Avrokuboklarda mübarizəni davam etdirdiyindən təmsilçilərimizin xüsusilə səfər qarşlılaşmalarının canlı yayımlanması diqqət mərkəzindədir. Futbolxeber.az-ın məlumatına görə, oyunlara artıq az vaxt qaldığından məsələ daha aktuallaşıb. Xüsusilə ötən həftə "Qarabağ"ın Monteneqro çempionu "Rudar"la səfər oyununun yalnız son anda yayımının dəqiqləşməsi bu mövzunu aktuallaşdırır. Yəni yayım məsələsi yenə ön plana çıxır. Və hamı düşünməyə başlayır ki, oyunu yayımlamaq nə qəliz məsələ imiş ki, bunu etmək olmur? Və bir ucdan hamı telekanalları və təbii ki ən çox İdman Azərbaycan kanalını qınamağa başlayır.

Əslində isə elə klublar var ki, onların oyunlarının yayımında ciddi problem yaranmır. Misal üçün "Qəbələ" nümunəsi buna əyani sübutdur. Avroliqada mübarizəyə başlayan bu klubun xüsusilə də səfər oyunları canlı yayımlandı. Bəlkə də ilk baxışdan çoxları elə başa düşə bilər ki, burada əsas amil maliyyə məsələsidir. Ancaq bir qədər araşdırma apardıqdan sonra məlum oldu ki, məsələ heç də pulda deyilmiş. İdman Azərbaycan telekanalından aldığımız məlumata görə, "Qəbələ" bu mövsümkü Avrokubok oyunlarının yayımını çox rahat şəkildə həyata keçirib. Yəni tərəfdaş kimi idman Azərbaycan kanalını seçərək qarşılaşacağı klubla barter həyata keçirib. Bu isə o deməkdir tərəflərin hər ikisi ev oyunlarının telesiqnalını qarşı tərəfə təmənnasız ötürməyə öhdəlik götürür. Burada ortaya çıxan texniki problemləri və yayımın həyata keçirilməsi üçün peyk yayım tezliyinin icarəsi üçün lazım olan ödənişi İdman Azərbaycan telekanalı da öz öhdəsinə götürür. Elə komandanın iyulun 30-da Kiprdəki "Apollon"la görüşü də, məhz belə razılıq əsasında canlı yayımlanacaq. Yəni burada qazanan klublar və tamaşaçı olur. Klublar oyunun təbliği, tamaşaçı isə rahat futbola baxmaqla.

Aydın məsələdir ki, Azərbaycan futbolun səviyyəsinə görə hələ o mərhələyə gəlib çatmayıb ki, burada yayımdan hansısa gəlir əldə olunsun. Hər halda idman Azərbaycan dövlət kanalı olsa belə, burada konkret büdcə ayrılır və nəzərə alsaq ki, telekanal kifayət qədər yayım həyata keçirir ona görə də klublarımızın ən azından Avrokuboklar oyunları zamanı yayım məsələsini özlərinin həll etməsi ən optimal variantdır. Əslində Azərbaycanda klublar da futboldan və marketinqdən pul qazanmır və konkret sponsorun cibinə baxırlar. Ona görə də, yayımın barter forması ilə həlli elə onlar üçün də optimal variantdır. Düzdür burada hansısa klub (misal üçün "Qarabağ" kimi - bu barədə bir qədər sonra - red.) bəzən yayımdam pul qazanmaq fikrinə düşür. Hərçənd futbolumuzun reytinqi imkan vermir ki, onlar bu sahədə fantastik gəlir əldə etsinlər. Sadəcə olaraq bəzən hansısa futbol ölkəsinin və yaxud bir qədər məşhur klubun onlara rəqib olması vəziyyəti dəyişə bilər ki, həmin məbləğ də inanın ki, iddialı klublarımızın bir futbolçusunun aylıq maaşını ödəyə biləcək səviyyədə olar-olmaz.

Avrokubok oyunlarının yayımını  barter etməkdən imtina edən klub isə "Qarabağ"dır. İdman Azərbaycan kanalından aldığımız son məlumata görə, iyulun 29-da keçiriləcək "Seltik" - "Qarabağ" görüşünün də yayımı məhz buna görə sual altindadır. Çünki "Qarabağ" kanalın təklif etdiyi kimi qarşılıqlı razılıq əsasında yayım məsələsini həll etməkdən imtina edib və konkret olaraq da Bakıdakı görüşün yayım hüququnu satmaq fikrinə düşüb. Belə də isə təbii ki, "Seltik" tərəfi də, iyulun 29-da baş tutacaq oyun üçün müəyyən qədər samballı vəsait tələb edir. Ona görə də, hal-hazırda Ağdam təmsilçisinin heç yerinə düşməyən marketinq siyasəti oyunun yayımında problemlər çıxara bilər. Məyyən qədər azarkeşləri idman Azərbaycan kanalını qınayanda anlamaq da olur. Çünki sıravi azarkeşi klubun marketinq siyasəti və yaxub kanalın strategiyası maraqlandırmır. Onlar birbaşa televiziya kanalını günahlandırır və xüsusilə sosial şəbəkələrdə bu barədə müxtəlif tənqidi fikirlər səsləndirirlər. Ancaq məsələnin kökünə varanda müəyyən qədər klubların da bu sahədə düzgün iş görmədikləri aydın olur.

Misal üçün elə "Qəbələ" nümunəsini örnək göstərmək olar. Çünki elə "Qəbələ" kimi "Qarabağ" da sponsordan asılıdır və hətta maddi imkanları bu klubdan az deyil ki, çoxdur. Ona görə də, onların pul qazanmaq üçün hər hansı bir oyun yayımının satılmasına ehtiyacı yoxdur. Düzdür, müəyyən mənada oyun yayımını satıb gəlir əldə olunur. Ancaq o, gəlirdən çox əgər klubu "Qarabağ"ın oyununun milyonlarla tamaşaçıya çatdırılması düşündürürsə, Ağdam təmsilçisi yayımı satmaq fikrindən daşınıb oyunun yayımlanmasını barter üsulu ilə həyata keçirə bilərdi. Özü də burada söhbət təkcə İdman Azərbaycandan getmir. Yəni klub istəsə bu sahədə sərbəstdir və istənilən kanalla əməkdaşlıq edə bilər. Ona görə də, indi yayımın həll olunması üçün "Qarabağ"ın atacağı  addımdan çox şey asılıdır. Özü də burada söhbət telekanala hansısa pul ödəməkdən yox, oyunun yayımını qarşı tərəflə razılaşdırıb, Azərbaycan telekanalarının birini seçib yayımı təmin etməkdən gedir.

Mənbə: sportnews.az




Ad: Sadıqov Zaur;   E-mail: [email protected]

27.07.2015 16:00

Qarabağın bu addımı azarkeşlərlə klub arasında soyuqluğun yaranmasına səbəb olacaq, azarkeşləri incik salmaq olmaz. İnanmıram ki, Qarabağ rəhbərliyi belə bir həssas məsələdə maddi mənafeyi üstün tutub xalqın komandasının nüfuzuna və hörmətinə zərbə vurulmasına imkan versin.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30