26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Azərbaycan futbolunda yeni rekord

“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Azərbaycan futbolu tarixində yeni rekord müəyyənləşdirib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, cənubi amerikalı klublarımızın heyətində avrokuboklarda ən çox qol vuran futbolçu ünvanına yiyələnib.

“Sambaçı” Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”la Monteenqrodakı görüşünün taleyini həll edən qola imza atıb. Bu, onun təmsilçimizin heyətində vurduğu 8-ci avrokubok qoludu.

Reynaldo qitə miqyaslı turnirlərdə heç bir futbolçumuzun nail olmadığı məhsuldarlığı göstərib. Belə ki, o, 8-ə çatan ilk oyunçumuzdu.

Bunadək hesabında 7 qol olan braziliyalı Azərbaycan rekorduna şərik idi. O, “Qəbələ”nin yarımmüdafiəçisi Rəad Sadiqovla eyni sayda – 7 dəfə fərqlənmişdi.

Qeyd edək ki, Belçikanın “Serkl Brügge” klubunun heyətində də Avropa Liqasında 1 qol vuran 9 nömrə ümumilikdə avrokuboklarda 9 dəfə fərqlənib. Çempionlar Liqasında 7 matçda 3 qol sevinci yaşayan braziliyalı Avropa Liqasında 17 oyunda 6 dəfə rəqib qapılarına yol tapıb.

Azərbaycan klubları ilə avrokuboklarda 5 və daha çox qol vuran futbolçular:

1 Reynaldo Silva 8 qol

2 Rəşad Sadiqov 7 qol

3 Baçana Sxadadze 6 qol

4 Rəşad Sadıqov 5 qol

4 Əfran İsmayılov 5 qol

4 Julius Vobay 5 qol

4 Vüqar Nadirov 5 qol

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30