26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Seltik”in baş məşqçisi: “Qarabağ”la, yoxsa “Rudar”la düşməyimiz məni maraqlandırmır”

“Növbəti mərhələdə “Qarabağ”la, yoxsa “Rudar”la qarşılaşacağımız hazırda məni maraqlandırmır”. Futbolxeber.az- ın məlumatına görə, bunu “Seltik”in baş məşqçisi Ronni Deyla deyib.

UEFA Çempionlar Liqasında “Rudar”la qarşılaşan “Qarabağ” Monteneqro çempionunu mübarizədən kənarlaşdıra bilsə, III mərhələdə Şotlandiya klubu “Seltik”lə üz-üzə gələ bilər. Bunun üçün “Seltik” də “Styarnan” (İslandiya) səddini keçməlidi.

“Seltik”in çalışdırıcısı növbəti potensial rəqibləri barədə geniş şərh verməkdən boyun qaçırıb. 40 yaşlı norveçli mütəxəssis hazırda yalnız “Styarnan”la cavab görüşünü düşündüyünü bildirib: “III mərhələyə hələ çox var. İlk növbədə biz mərhələni adlamalıyıq. Bunu bacarsaq, ondan sonra rəqib barədə geniş danışa, araşdırma apara bilərik. Bircə onu deyə bilərəm ki, Çempionlar Liqasında zəif rəqib olmur. Öz oyunumuza gəlincə, “Styarnan”la matçda futbolçulardan razı qaldım. Daha çox qol vurmalı idik, ancaq 2:0 hesabı da bizim üçün ciddi üstünlükdü”.

Qeyd edək ki, “Qarabağ”la “Rudar” Bakıdakı matçda qolsuz bərabərə qalıblar. Bu komandalar arasında cavab görüşü iyulun 22-də keçiriləcək.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30