Ölkə futbolu
Qurban Qurbanov: “Rudar”ın güclü komanda olduğunu sabah görəcəksiniz”
“Bu turnirin yeri tam başqadı. Xüsusən də, II mərhələ”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Sabah UEFA Çempionlar Liqasında mübarizəyə qoşulacaq Ağdam klubu II təsnifat mərhələsində Monteneqro çempionu “Rudar”ı qəbul edəcək.
Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında ehtiyatlı danışıb: “Keçən il çox istədik ki, daha uğurlu nəticə əldə edək. Alınmasa da, fikrimcə, uğurlu mövsüm keçdi. Həmin nəticədən sonra bu mövsüm məndən daha böyük uğur tələb olunacaq. Çalışacağıq maksimum dərəcədə uğurlu çıxış edək. Fasilədə çalışdıq komandanı normal səviyyəyə gətirək. Tam istədiyimiz kimi olmadı. Amma pis də deyil. “Rudar” gözləmədiyimiz rəqibdi. Rəqibi yaxından tanıya bilmədik. Çünki 5 yeni oyunçuları da var. Komandanın oyun üslubunu bəyəndim. Topla oynamağı xoşlayırlar. Bu cür komandaların futbolçuları xarakter nümayiş etdirirlər. Biz nə qədər təhlil etsək də, onları yalnız ilk oyunda daha yaxından tanıyacağıq. Monteneqro çempionuna qarşı çıxış edəcəyik. Çalışacağıq sabah az səhv edək, lazımi anlarda lazımi dəyişiklikləri edək”.
- Start heyətini müəyyənləşdirmisiniz?
- Allah uzaq eləsin, xəstəlik olmasa, heyətimizi müəyyənləşdirmişik.
- Puponun gec gəlməsi sizin planlarınıza təsir edəcəkmi?
- İnanmıram ki, bunun bizə təsiri olsun. İndi oyunçu tapmaq çox çətindi. Türkiyədə legioner limitini qaldırıblar. Builki kimi az sayda oyunçu bizə heç vaxt təklif olunmamışdı. Əsas odu ki, yeni hücumçumuz bizim oyun üslubumuza uyğun olsun.
- Oyun keyfiyyətiniz sizi qane edir?
- İndi elə vaxtdı ki, heç bir komanda ideal oyun göstərə bilməz. Bizim üstünlüyümüz odu ki, Avropa təcrübəmiz daha çoxdu. Yavaş-yavaş oyun keyfiyyəti də artacaq. Bir neçə gənc oyunçu cəlb etdik komandaya. Tək-tək baxdıqda oyunçu sayı çox görünür. Amma nə qədər desən ki, heyət komplektləşib, yenə də çatışmazlıqlar olacaq.
- Yeni transferlərdən sonra nə dərəcədə fərqli “Qarabağ” görə biləcəyik?
- Çalışmışam oyun üslubunu dəyişməyək. İlk vaxtlar oyun keyfiyyəti nisbətən aşağı ola bilər. Biz hər il oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq.
- Rəqibin sabah Reynaldoya xüsusi diqqət yetirəcəyi gözlənilir...
- Bu, normaldı. Hər komanda Reynaldo kimi oyunçuya sahib olmaq istəyər. O da çalışır oyununu daha da yaxşılaşdırsın. Çünki rəqiblər getdikcə ona qarşı diqqəti artırırlar.
- Rəqibdən ehtiyat edirsiniz, yoxsa həmişəki kimi hörmətlə yanaşırsız?
- “Rudar”ın güclü komanda olduğunu sabah görəcəksiniz. Onlar da bu matça ciddi yanaşırlar. Çalışırıq həmişə həqiqəti danışaq.
- Sabah oruc tutan futbolçulara qadağa qoyulacaqmı?
- Xeyr, mən heç vaxt belə qadağa qoymuram. İndi hansı heyəti düşünürüksə, onları da oynadacağıq.
Mənbə: apasport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq