26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Statistikanın diqtəsiylə...YAZI

İLK OYUNLARDAKI HESABLAR BİZƏ "YAŞIL İŞIQ" YANDIRIR

Azərbaycan klublarının avrokuboklarda 2015/16 mövsümündə startı qələbəsiz oldu. Paytaxt təmsilçiləri “İnter”lə “Neftçi” Avropa Liqasına heç-heçəylə başladıqları halda, “Qəbələ” minimal fərqlə uduzdu. İndi onları iyulun 9-da cavab matçları gözləyir. Təmsilçilərimizin nəticələri məndə tarixə səyahət etməyə maraq oyatdı. Maraqlıdır, 1994-cü ildən avrokuboklarda təmsil olunan Azərbaycanın klubları üçün ötən həftəki nəticələr nə dərəcədə düşərlidir?

1:1-ylə start uğursuz olsa da...

İlk öncə onu deyim ki, bu statistik araşdırmamda hesablarda meydan amilini əsas götürmüşəm. Məsələn, “İnter”in imza atdığı 1:1 hesabından hamısını yox, yalnız səfərdə olanları nəzərə almışam. Avrokuboklarda növbəti startımız bu komandayla oldusa, yazıma da onunla başlayıram. Məlum olduğu kimi, gümüş medalçı olan “bankirlər” Albaniyada yerli “Laçi”ylə 1:1 hesablı bərabərliyə qaldı. İndiyədək 3 dəfə belə nəticə qeydə olunub. 2006-cı ildə UEFA kubokunda “Qarabağ” Moldovadan “Zimbru”yla matçdan bu hesabla qayıtdı və evdə “Şəfa” stadionunda da 1:1 etdi. Nəticədə qalibi müəyyənləşdirmək üçün 30 dəqiqəlik əlavə vaxt təyin olundu. Onda qələbə topunu vuran Kişinyov klubu 2:1 hesabı ilə qalib gəldi və mərhələ keçdi.

Bundan 2 il sonra “Neftçi” İntertoto kubokunda Belçikadan “Jerminal”la oyundan 1:1 hesabı ilə qayıtdı. Tofiq Bəhramov adına Respublika stadionundakı cavab matçında 1:0 hesabı ilə qələbə qazanan “ağ-qaralar” növbəti mərhələyə yüksəldi. 2011-ci ildə “Qarabağ” Avropa Liqasında Farer adalarının “Streymur” klubu ilə səfərdə keçirilən ilk oyunda 1:1 hesablı heç-heçəyə imza atdı. Mərkəzi arenamızda baş tutan cavab matçında qolsuz bərabərlik Ağdam təmsilçisini cütün qalibi etdi. 2013-cü ildə isə digər “cırtdan ölkə”də - Maltada 1:1 hesablı heç-heçəmiz oldu. Bu, Avropa Liqasında ilk oyunda həmin nəticəyə imza atan “Xəzər Lənkəran” idi. Lənkərandakı təkrar oyunda 1:0 hesabı ilə qalib gələn cənublular mərhələ adladı.

“İnter” üçün sonluq belədir ki, ilk oyunda səfərdə 1:1 edən 4 Azərbaycan klubundan 3-ü sonda sevinən tərəf olub. Yəni 1:2-ylə start uğursuz olsa da, sonda yaxşı nəticələr verib.

Azərbaycana tarix yazdıran 1:2

Premyer Liqamızın ardıcıl 2-ci mövsüm bürünc mükafatçısı olan “Qəbələ” Tifllsdə “Dinamo”ya 1:2 hesabı ilə yenildi. Maraqlıdır ki, Azərbaycan klubları ilk dəfə Çempionlar Liqasında (ÇL) mərhələni məhz hesabla keçib. Bu, 2000-ci ildə “Şəmkir”lə olub. Onda Latviyada “Skonto”ya 1:2 hesabı ilə uduzan şəmkirlilər evdə bu hesabla qalib gəldi. Respublika stadionundakı oyunun əlavə vaxtında daha 2 qol vuran “Şəmkir” 4:1 hesablı qələbə ilə tarixi nəticəyə imza atdı.

Digər maralqı odur ki, həmin vaxtlar “Şəmkir”in qızıl medllar uğrunda əsas rəqibi olan “Neftçi” də ÇL-də ilk dəfə mərhələni 1:2-yla keçib. Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubuna bu hesabla uduzan “ağ-qaralar” mərkəzi arenamızda qazandıqları 1:0 hesablı qələbə, səfər qolu ilə mərhələ keçiblər.

Yalnız 2009-cu ildə Avropa Liqasında səfərdəki ilk oyunda 1:2 hesablı məğlubiyyət Azərbaycan təmsilçisinə düşərli olmayıb. Bu, “İnter”in Slovakiyanın “Spartak” klubu ilə sınağı idi. Trnava təmsilçisi cavab matçında da üstün tərəf idi - 3:1. Yeri gəlmişkən, həmin oyun hazırkı təmsilçilərimizin cavab matçlarını keçirəcəyi iyulun 9-da olub və bu tarix avrokuboklarda yalnız həmin vaxta təsadüf edib. “Qəbələ”ni uduzduğu 1:2 hesabı isə 3 dəfədən 2-də Azərbaycana düşərli olub.

“Xəzər Lənkəran”a mərhələ adladan 2:2

Nəhayət, ölkə kubokunun son finalçısı “Neftçi” ilk oyunda Çernoqoriyanın “Mladost” klubu ilə 2:2 hesablı heç-heçə etdi. Bu hesab avrokuboklarda ilk oyunlarımızda yalnız 2 dəfə qeydə alınıb. Onlardan evdə olanı isə "Neftçi"nin prinsipial rəqibi “Xəzər Lənkəran”a aiddir. 2012-ci ildə Lənkəranda keçirilən matçda rəqib Estoniyanın “Nomme Kalyu” klubu idi. Tallində keçirilən cavab oyununda 2:0 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” həm tarixində avrokuboklarda ilk qələbəsini qazandı, həm də ilk dəfə mərhələ adladı. Bu, hələ ki yeganədir.

Bir maraqlı fakt da odur ki, “Neftçi” 2012-ci ildən bu yana avrokuboklarda evdə ilk oyunlarında qələbə qazana bilməsə də, əksər vaxt mərhələ keçmək vəzifəsini səfərdəki cavab matçında yerinə yetirib. Evdə ilk görüşdə sonuncu qələbə isə 2012-ci ilin iyulun 17-də Çempionlar Liqasında Mərdəkanda “Dalğa Arena”da Gürcüstanın “Zestafoni” klubu üzərində böyük hesabla olub - 3:0.

Göründüyü kimi, “İnter”ə düşərli olmayan 9 iyul tarixini nəzərə almasaq, ilk oyundakı nəticələr gələcəyə nikbin baxmağa əsas verir. Statistika bizim xeyrimizdədir, bəs cavab matçları nəyi vəd edir? Bunun üçün bir qədər də gözləməliyik...

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30