26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Hafiz Məmmədov “Bakı”nın Premyer Liqada iştirakını Rövnəq Abdullayevlə müzakirə edib”

Ötən mövsümü sonuncu pillədə başa vuran “Bakı” qarşıdakı mövsümdə də Premyer Liqada çıxış edə bilər. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına klubun vitse-prezidenti Yaşar Seyidov deyib.

 O bildirib ki, klub prezidenti Hafiz Məmmədov bununla bağlı AFFA rəhbəri Rövnəq Abdullayevlə görüşüb.

Seyidov hazırda lisenziya ilə bağlı problemləri yoluna qoymağa çalışdıqlarını deyib: “İlk növbədə lisenziya ilə bağlı çatışmazlıqlar yoluna qoyulmalıdı. Əsas çatışmazlıq da maliyyə məsələsidi. Maliyyə ilə bağlı öhdəliklər var ki, onlara əməl olunmalıdı. Futbolçulara olan borcların bağlanması da bura daxildi. Hazırda bunun üzərində işlər gedir. Çempionatda iştirak etmək istəyən komandada belə risklər olmamalıdı. Klubun prezidenti Hafiz Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevlə də bu məsələ ilə bağlı görüşüb, detalları müzakirə edib. Hafiz müəllimlə mənim də görüşüm olub. O, maliyyə məsələsini öz üzərinə götürür. Hafiz müəllim də dedi ki, çatışmazlıqları yoluna qoyun”.

Xatırladaq ki, Hafiz Məmmədovla AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş olması barədə gecə saatlarında Futbolxeber.az saytı məlumat yaymışdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30