26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"İnter": əvvəl Türkiyə, sonra Sloveniya

 

Azərbaycan Premyer Liqası başa çatdıqdan sonra “İnter” komandasına iyun ayının 2-dək istirahət veriləcək. Futbolxeber.az-ın məlumatına görə, həmin gün komanda üzvləri Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində bir araya gələcəklər. 9 gün davam edəcək təlim-məşq toplanışı iyunun 11-də başa çatacaq. Türkiyə toplanışı çərçivəsində komandanın iki yoldaşlıq oyunu keçirəcəyi planlaşdırılır. “İnter” toplanış zamanı həmçinin ikitərəfli matçlar da keçirəcək.

Komanda hazırlıq prosesinin ikinci mərhələsini Sloveniyada keçirməyi nəzərdə tutur. İyun ayının 14-27-dək davam edəcək toplanış çərçivəsində “İnter” beş yoxlama qarşılaşması keçirəcək. Rəqiblərin adları hələlik məlum deyil.

Əlavə edək ki, toplanışın sonunda komandanın vətənə qayıdıb-qayıtmayacağı Avropa Liqasında aparılacaq püşkatmanın nəticəsindən asılı olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30