26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Şahin Diniyev: “Komandamız “döyüşdü” və qələbə qazandı”

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Farer adaları ilə qarşılaşan 21 yaşadək futbolçulardan ibarət komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Futbolxeber.az-ın məlumatına görə, Danimarkada təşkil edilən təlim-məşq toplanışında, eləcə də rəsmi oyunda U-21-in yanında olan AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev fikrlərini açıqlayıb: “İyunun 10-dan komandanın düşərgəsindəyəm. Komandanın məşq proseslərində yaxından iştirak edirdim. Yaxşı bir əhval-ruhiyyə ilə başladıq. Ağır oyun oldu. Farer adalarında həm dağlıq şəraitdə, həm süni örtükdə, eləcə də atletik və fiziki baxımdan güclü olan rəqibə qarşı yaxşı oynamaq baxımından çətinlik yaradırdı. Rəqib atletik baxımdan bizdən qat-qat üstün idi. Mübarizələrdə çətinlik çəkirdik. Bununla belə, komandamız əsl xarakter göstərdi, “döyüşdü”, ağır da olsa, qələbə qazandı. Seçmə mərhələyə qələbə ilə start vermək komandada yaxşı motivasiya yaradacaq.

Ümumiyyətlə U-21-in heyətində perspektiv vəd edən, gələcəyimizi təmin edən yetərincə futbolçu var. Sadəcə, onlar üzərlərində çox işləməlidirlər. Bu gün yığmamız komanda şəklində mübarizə aparrdı, nəyə qadir olduğunu göstərdi. Qazanılan 3 xal münasibəti ilə U-21-in məşqçi heyətini və futbolçuları təbrik edirəm”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30