26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” argentinalı müdafiəçini transfer etmək istəyir EKSKLÜZİV

“Qəbələ”nin maraq dairəsində olan əcnəbi futbolçulardan birinin adı məlum olub. Futbolxeber.az-ın əldə etdiyi məlumata görə, “Qəbələ” Rusiyanın “Ural” klubunda forma geyən Pablo Esekel Fontanellonu transfer etmək istəyir. Qəbələ təmsilçisi hələ qışda Fontanellonu heyətinə qatmaq istəsə də, o zaman keçid baş tutmamışdı. Bu futbolçu vaxtı ilə “Qəbələ”nin hazırkı baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bu günlərdə ölkə mətbuatına müsahibəsində Rusiya Premyer Liqasında çıxış edən bir futbolçu ilə maraqlandıqlarını bildirmişdi. Söhbət də məhz Fintanellodan gedir.

Qeyd edək ki, 30 yaşlı mərkəz müdafiəçisinin boyu 193 sm, çəkisi 84 kq-dır. Argentinada dünyaya gələn futbolçu həm də İtaliya pasportuna sahibdir. Karyerasına Argentinada - “Deportivo Espanyol”da başlayıb. Sonra vətənində “Tiqre” və “Ximnasiya”da da forma geyən Fontanello, 2007-2008 mövsümünü Çilidə keçirdikdən sonra “Parma”ya transfer olunub. Lain o, İtaliya klubunda heyətə düşə bilməyib.

2011-ci ildən 2014-cü ilə kimi argentinalı müdafiəçisi Odessa “Çernomorets”ində çıxış edib. 2014-cü ildə Norveçə üz tutan Fontanello, “Stabek”də cəmi 8 oyuna çıxıb və 1 qol vurub. Daha sonra “Ural”a keçən argentinalı müdafiəçi bu klubda 25 görüş keçirib və 2 qol vurub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30