26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Denis Silva: “Final özü bir motivasiyadır, xüsusən də rəqib “Qarabağ”dırsa”

“Neftçi”nin müdafiəçsi Denis Silva Kruz Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” “Bakı” ilə oyunda qələbə qazana bilmədi. Xal itkisinin səbəbini nədə götürsən?

- Ağır, çətin oyun oldu. Mənim üçün də matç çətin keçdi. Çünki bir müddətdir ki, meydana çıxmırdım. Müəyyən qədər meydandan kənar qaldığım üçün oyun ritmini itirmişdim. Bununla belə, əlimdən gələni etdim. Təəssüf ki, qələbə qazana bilmədik. İndi çempionatın son oyunu haqda düşünməliyik. Həftə ərzində əlimizdən gələni edəcəyik ki, son turda qələbə qazanaq.

- Sanki “Neftçi” üçün “Bakı” ilə görüş əhəmiyyətsiz idi...

- Belə deməzdim. Çalışdıq, meydanda mübarizə apardıq. Vəziyyət elədir ki, çempionatda iddiamız qalmayıb. Çempionluğu çoxdan əldən vermişik. Bu məqam da oyunumuza təsir edir. Oyun elə alındı ki, hər iki komanda qələbə qazana bilərdi. “Bakı”nın da qol vurmaq üçün şansları oldu.

- “Bakı” hazırda turnir cədvəlində son pillədə qərarlaşıb. Bu komandaya qalib gələ bilməyən “Neftçi”nin kuboku qazanması nə dərəcədə realdı?

- Kubok tamamilə fərqlidir. Final hər yanda elə finaldır. Həlledici görüşdə hamı əlindən gələni edir ki, qələbə qazansın. Finalın adının özü bir motivasiyadır. Xüsusən də rəqib “Qarabağ”dırsa.

- Çempionat artıq yekunlaşmaq üzrədir. Cari mövsümü “Neftçi” üçün necə dəyərləndirmək olar?

- Ağır mövsüm oldu. İstədiyimiz nəticələri əldə edə bilmədik. Amma ruhdan düşmək olmaz. İşləmək lazımdı. Qarşıda kubokun finalı var. Həmin oyun hamımız üçün vacibdi. Mövsümü titulla bitirmək istəyirik. Bunun üçün “Qarabağ”ı məğlub etməliyik.

- “Neftçi” ilə müqavilən mövsümün sonunda bitir?

- Hə.

- Klubdan sənə yeni müqavilə təklif olunub?

- Hələ bu haqda düşünmürük. Finalı oynayaq, sonra sözləşmə haqda düşünərik.

- “Neftçi”nin büdcəsinin azalacağı haqda xəbərlər yayılıb. Bu, baş verərsə, maaşının azaldılması şərti ilə komandada qalmağa razılaşarsan?

-  Bu, sual “Neftçi” rəhbərliyinə aiddir, mənə yox.

- Hər halda sənin də fikirlərin maraqlıdır...

- Müzakirə aparmaq olar. Amma dediyim kimi, bu barədə yalnız finaldan sonra düşünə bilərik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30