26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Beynimi belə suallarla yormuram”

“Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi”ni məğlub etməklə “Qəbələ” ardıcıl 7-ci qələbəsini qazandı. Görüşlə bağlı nə deyə bilərsən?

- Qələbə qazanmaq hər zaman xoşdur. Göstərdiyimiz oyun önəmli deyil. Əsas olan 3 xalı qazanmaqdır. Buna da nail olduq. Artıq növbəti oyunları düşünməliyik.

- Necə düşünürsən, vurduğun qolda “Neftçi”nin qapıçısının səhvi böyük idi?

- Bunun əhəmiyyəti yoxdu. Qapıçının səhvi məni maraqlandırmır. Əsas olan odur ki, komandama kömək edə bildim.

- Ardıcıl qələbələrdən sonra “Qəbələ”nin Avroliqaya çox yaxın olduğunu söyləmək mümkündür?

- Hələ tezdir. Çempionatın sonuna çox var. Əksinə, deyərdim ki, komandada çatışmayan cəhətlərimiz mövcuddur. Onların üzərində işləməliyik. Oyun keyfiyyətimizi artırmaq üçün daha çox çalışmalıyıq.

- Komandada nə dəyişdi ki, “Qəbələ” ardıcıl 7 qələbə qazandı?

- Konkret hansı komponentdə dəyişiklik olduğunu söyləmək çətindir. Məncə, biz gücümüzə inanmağa başladıq. Bu uğurda təbii ki, baş məşqçinin də rolu var. Komanda artıq özünə inanır. Bu da ardıcıl qələbələr qazanmaqda bizə yardımçı olur.

- Düşünmək olar ki, kubokda “Simurq”dan alınan böyükhesablı məğlubiyyət “Qəbələ”nin lehinə işlədi?

- Biz bu günlə yaşayırıq. Keçmişdəki məğlubiyyətləri artıq unutmuşuq. Təbii ki, uğursuz oyunlardan nəticə çıxarmışıq. Gələcək oyunlara optimist yanaşırıq.

- “Qəbələ” ilə müqavilən mövsümün sonunda başa çatır. Artıq yeni sözləşmə barədə rəhbərliklə aranızda söhbət olub?

- Bu haqda danışıq yoxdu. Mən də beynimi belə suallarla yormuram. Mövsümün sonuna hələ vaxt var. İlk növbədə hazırkı müqaviləmi başa vurmalıyam. Yalnız mövsüm yekunlaşdıqdan sonra gələcək barədə fikirləşmək olar.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30