26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Qəbələ" "Sampdoriya"ya uduzdu

“Qəbələ”nin 17 yaşlılardan ibarət komandası İtaliyada keçirilən beynəlxalq turnirdə ilk oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçirilən “Mario Maggoni - Walter - Richi” turnirinə “Sampdoriya” ilə qarşılaşma ilə başlayıb. Bu qarşılaşmanın taleyini 1 qol həll edib. Cərimə zərbəsindən fərqlənən italiyalılar 1:0 hesabı ilə qalib gəlib. A qrupunda baş tutan turun digər oyununda “Parma” meydan sahibi “A.S.D. Borgaro 1965” komandasını məğlub edib - 3:1. “Qəbələ” bu gün “Parma”, qrup mərhələsinin son oyununda meydan sahibi - “A.S.D. Borgaro 1965” ilə görüşəcək.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü futbolçular arasında təşkil olunan turnir 4 gün (3-6 aprel) davam edəcək. Qalib adı uğrunda 12 komanda 3 qrupda mübarizə aparır. Yarımfinala qrup qalibləri və ən yaxşı 2-ci yer sahibi yüksələcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30