26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” “Simurq”la oyunun hazırlıqlarına başladı

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlıqlarına start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XXV turunun “Sumqayıt”la oyunundan sonra (2:0) bir gün istirahət edən “qırmızı-qaralar” ilk məşqinə çıxıb. Martın 13-də Zaqatala şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan komanda tam heyətlə məşq edə bilməyib. Zədə üzündən komandadan ayrı düşən Dodo hazırlıqdan kənar qalıb. Roman Qriqorçukun yetirmələri bu gün də Qəbələdə məşq edəcək. Komandanın martın 12-də səfərə yollanması planlaşdırılıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin Zaqatala şəhər stadionunda keçiriləcək cavab oyunu saat 17:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30