26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“İnter”in gücü həm çempionatda, həm də kubokda sona kimi getməyə imkan verir”

“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov Futbolxeber.az saytına müsahibə verib.  

- “İnter” ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Xəzər Lənkəran” üzərində qələbə qazandı. Oyunla bağlı nə deyə bilərsən?

- Kubok oyunu idi. İstəyirdik ki, qol buraxmadan qələbə qazanaq. Oyunumuz parlaq alınmadı. Amma əsas odur ki, nəticə ürəkaçandır.

- Həqiqətən də dünən “İnter” baxımlı oyunu ilə seçilmədi. Bunun səbəbi nə idi?

- Bəlkə də bu ondan irəli gəlir ki, biz qol buraxmağa çalışırdıq. Taç qüvvə ilə irəli atılmırdıq. Bilirdik ki, arxa xətdə ehtiyatı əldən buraxmaq olmaz. Çünki qapımızada görəcəyimiz 1 qol bizi çox çətin duruma sala bilərdi. Üstəlik, Lənkərandakı oyunlar həmişə çətin keçir. Hazırda “Xəzər Lənkəran”ın heyətində gənclər çoxluq təşkil etsə də, müqavmət göstərirdilər. Biz isə oyunu arxadan qururduq.

- Bəlkə, “İnter” gücünü çempionat üçünü qoruyurdu? Onsuz da “Xəzərə Lənkəran”ı tam gücünüzü ortaya qoymadan da keçə bilərdiniz...

- Yox, komanda gücünü qorumurdu. Çünki biz bilirdik ki, “Xəzər Lənkəran”ın çempionatda heç bir iddiası qalmayıb. Onların ümidi ancaq kubokadı. Buna görə də bütün güclərini kubokda qoyacaqlar. Onların başqa şansları da yoxdu. Çox  istəkli idilər. Bizim oyunumuz yaxşı alınmasa da, nəticə daha önəmlidir.

- Cütün taleyinin artıq həll olunduğunu söyləmək mümkündür?

- Yox, hələ bilmək olmaz. Lənkəranda bizə çətin olacaq. “Xəzər Lənkəran” bizim meydanımızda qol epizodları yaratdısa, deməli öz meydanında da bunu edə bilər. Futbolda hər şey mümkündü.

- “Xəzər Lənkəran”la oyunda qol vurdun. Necə düşünürsən, bu qol yenidən əsas heyətə qayıtmağına kpmək olacaq?

- Hələ ki, tam hazır deyiləm. Elə toplar olur ki, əvvəl eyni epizodda top itkisinə yol vermirdim, amma indi itirirəm. Daha əvvəl zədələnmişdim, əzələm cırılmışdı. Bu zədə məni xeyli geri saldı. İndi-indi özümə gəlirəm. Qarşıdakı oyunlarda çalışacağam ki, komandama daha çox kömək edim. İki cəbhədə mübarizə aparırıq. Bizdə birinci və ya ikinci heyət anlayışları yoxdu. “Xəzər Lənkəran”la oyunda fasilədən dərhal sonra meydana çıdım. Amma bunu gözləmirdim. Hardasa 15-20 dəqiqə meydanda olacağını düşünürdüm. Sağ olsun, məşqçi şans verdi, mən də əlimdən gələn etdim.

- “İnter”in gücü həm çempionatda, həm də kubokda sona kimi getməyə imkan verir?

- Bu il heyətimiz çox güclüdü. Keçən il əsas heyətdə olanlardan elələri var ki, bu mövsüm ya ehtiyatda qalıblar, ya da ümumiyyətlə “18-liy”ə düşmürlər. Gücümüz hər iki cəbhədə sona kimi getməyə imkan verir.

- Deməli, əvvəlki illərə baxanda bu mövsüm “İnter”in ehtiyat oyunçular skmayası genişdi.

- Əlbəttə, genişdi. Kaxaber Sxadadze də məşqlərə, oyunlara baxır, sözün yaxşı mənasında əsas heyətdə kimə şans verəcəyini bilmir. Adi nümunə. İvan Benites xeyli müddətdir əsas heyətə düşmdür. Amma Lənkərandakı oyunda o, ilk “11-lik”də meydna çıxdı. Belə götürdəndə, hazırda bizim 2 yox, 3 heyətimiz var.

- Qarşıda çempionatda “Neftçi” ilə mühüm oyununuz var. Bu qarşılaşmadan nə gözləyirsən?

- Çox vacib oyundu. Çünki “Neftçi” ilə aramızda indi yalnız 1 xallıq fərq var. Odur ki, görtüşə çox ciddi hazırlaşırıq. Çünki uduzacağımız halda, “N eftçi” bizi keçib, ikinci pilləyə qalxacaq. İstəmərik və imkan vermərik ki, “Neftçi” bizi keçsin.

- “İnter”in çempionluq şansını necə dəyərləndirirsən?

- Şansımız öz əlimizdədir. Onlarla 2 oyunumuz var. Həmin matçlarda 6 xal qazansaq, vəziyyət tam dəyişəcək. Kim gözləyərdi ki, “Qarabağ” evdə “Qələbə”yə uduzar? Bu isə onu göstərir ki, futbolda hər şey mümkündü.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30