26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

AFFA rəsmisi “Simurq” nümayəndəsinin dediklərini təkzib etdi: “Jurnalist istədiyi sualı verməkdə azaddı”

Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilən “İnter” - “Simurq” oyunundan sonra Zaqatala klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev qarşılaşmanın sonuna yaxın qırmızı vərəqə alan futbolçu Marko Stanoyeviçdən müsahibə almaq istəyən jurnalislərə “xahiş edirəm, qırmızı vərəqə ilə bağlı sual verməyin” deyib. Klub rəsmisi fikrini belə izah edib ki, oyunöncəsi iclaslarda AFFA nümayəndələri klub rəsmilərinə tapşırıq verirlər ki, futbolçular hakimlik barədə danışmasın.

Belə bir təklif ilk baxışdan absurd görünür. Çünki jurnalist istədiyi sualı verməkdə azaddır. Futbolçu suala cavab vermək istəmirsə, bu, onun öz işidir.

Futbolxeber.az bu məsələ ilə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, AFFA-dan belə bir göstəriş verilməyib. Belə ki, AFFA Hakim-İnspektorlar Komitəsinin rəhbəri Gülağa Cabbarov saytımıza verdiyi açıqlamada deyib: “Mən belə bir şey eşitməmişəm. Nə də göstəriş verməmişəm. Bu qadağa yalnız baş məşqçilərə aiddir. Nizamnamədə bənd var ki, onlar oyunsonrası mətbuat konfranslarında hakimlik barədə danışa bilməzlər. Əks halda, həmin məşqçi cəzalanacaq. Amma futbolçularla bağlı belə bir tapşırıq yoxdur. Jurnalist azaddır və istədiyi sualı verə bilər”.

Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə məsələ ilə bağlı bunları deyib: “Əsasnamədə bənd yalnız məşqçilərə aiddi. Amma ümumi götürdükdə, AFFA və PFL nümayəndələrin heç kim təhqir edə bilməz. Hakimlər də daxil olmaqla rəsmi şəxslərin şərəf və ləyaqətinin tapdalanması yolverilməzdir. Lakin bunun suallarla bağlı heç bir əlaqəsi yoxdu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30