26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Georgi Çixradze: “Turan”la ilk, “Neftçi”ylə 100-cü

Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” ilə oyunu “Simurq”un baş məşqçisi Georgi Çixrazde üçün əlamətdar olacaq. Futbolxeber.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis Zaqatala təmsilçisini yubiley - 100-cü dəfə meydana çıxaracaq. 2012-ci il martın 17-də “Turan”la evdə keçirilən Premyer Liqa oyununda (1:1) komandanın baş məşqçisi postunda debüt edən Çixradze bu günədək 99 rəsmi qarşılaşmada iş başında olub.

Yubiley oyununadək mütəxəssis 94 çempionat və 5 kubok matçında Zaqatala təmsilçisinə rəhbərlik edib. Premyer Liqada 99 dəfə yetirmələrinin qoluna sevinən gürcüstanlı bu göstəricidə də yubileyin astanasındadır. Lakin bunun üçün “Simurq” səfərdə qol vurmalıdır.

Qeyd edək ki, ölkəmizdə yalnız bir klubun “sükanı arxasında” olan Çixradze Azərbaycan karyerasında 100 və daha çox oyun keçirən 6-cı legioner baş məşqçi kimi tarixə düşəcək. Onadək Kaxaber Sxadadze (257), Roman Pokora (126), Valentin Xodukin (113), İbrahim Uzunca (109), Qyoko Hacievski (101) müxtəlif miqyaslı yarışlarda (Premyer Liqa, kubok, Superkubok, avrokuboklar, Birlik kuboku, I divizion, əvəzedicilər) Azərbaycan klubunu üst-üstə 100-dən artıq matçda baş məşqçi funksiyasını yerinə yetirib.  

2011/12

Çempionat

9

3

5

1

8-6

14

2012/13

Çempionat

32

12

12

8

29-26

48

 

Kubok

3

1

1

1

1-1

4

2013/14

Çempionat

36

11

13

12

35-28

46

 

Kubok

1

0

1

0

2-2

1

2014/15

Çempionat

17

7

3

7

27-22

24

 

Kubok

1

1

0

0

6-0

3

Cəmi

Çempionat

94

33

33

28

99-82

132

 

Kubok

5

2

2

1

9-3

8

 

CƏMİ

99

35

35

29

108-85

140

Qeyd: nəticəsi ləğv olunan oyun cədvəldə, texniki nəticə və penaltilər seriyası top fərqində nəzərə alınmayıb


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30