Ölkə futbolu
Robert Prosineçki: “Futbolda pul hər şeyi həll etmir”
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki UEFA-nın rəsmi saytına müsahibə verib. Müsahibəni sizə təqdim edirik.
- Yeni ili necə qarşıladınız? İstirahət edə, güc toplaya bildinizmi?
- Dekabrın 22-dək Bakıda oldum. Ondan sonra Zaqrebə qayıtdım ki, 2015-ci ili ailəm və yaxınlarımla birlikdə qarşılayım. Bayramlarımız çox şən keçdiyindən kifayət qədər müsbət enerji topladığımı deyə bilərəm.
- Azərbaycan yığmasına təyinatınızdan danışardınız. Sizi Bosniya və Herseqovina yığmasına da çağırırdılar. Niyə məhz Azərbaycanı seçdiniz?
- AFFA-nın baş katibi Elxan Məmmədovla Parisdə tanış oldum. İlk dəfə orada söhbət etdik və bu, çox maraqlı alındı. Bir müddət sonra yenidən görüşdük və daha konkret söhbətimiz oldu. Bosniya variantı isə sonra yarandı. Ona görə də mən Azərbaycan variantına üstünlük verdim. Çünki onların ideyaları mənə daha cazibədar gəldi.
Bu, sözün böyük mənasında böyük bir layihədir. Mən bu layihədə parlaq gələcək görürəm. Azərbaycanda görülməli işlər çoxdur. Bunun üçün hər cür şərait də var. Bosniyanın güclü çempionatlarda oynayan çoxlu futbolçuları var, lakin Azərbaycan yığmasında işləmək perspektivi məndə xoş təəssürat oyatdı. Özü də məsələ təkcə pulda deyil. Ümumiyyətlə, futbolda pul hər şeyi həll etmir. Daha vacib olan şeylər var.
- Qarşınıza hansı vəzifə qoyulub və siz özünüz nəyə ümid edirsiniz?
- İlk növbədə təəssüflə qeyd edim ki, komanda AÇ-2016-nın seçmə mərhələsində keçirdikləri dörd oyunda xal qazana bilməyib və bu üzdən futbolçular psixoloji cəhətdən qaydasında deyillər. Əsas məqsəd məhz bu çatışmazlığı aradan qaldırmaqdır. Onlarda qalib ruhu formalaşdırmaq, özlərinə inanmağa məcbur etmək lazımdı. Bütövlükdə, seçmə mərhələni mümkün qədər üst pillələrdə başa vurmaq istəyirik. Düzdür, buna nail olmaq çətin olacaq, amma bizdə böyük potensiala malik gənclər var. Müqavilə imzaladıqdan sonra xeyli futbolçunu izləmək imkanım oldu. Diqqətimi çəkən çox futbolçu var. Hələlik ad çəkməyəcəyəm, amma mən onlara inanıram, ümid bəsləyirəm. Qlobal hədəfimiz isə növbəti seçmə mərhələyə komanda formalaşdırmaqdır. Liderlərlə mübarizə apara biləcək rəqabətədavamlı komanda yararmaq istəyirik.
- Berti Foqtsun dövründə müdafiə futboluna üstünlük verilirdi. Sizdən tam fərqli futbol gözləməyə dəyər?
- Futbolda müdafiə olunmaq hücum etməkdən daha asandır. Dəyişikliklərə gəlincə, bu, mütləq olacaq. Həm heyət, həm də oyun sistemi baxımından. Daha çox hücum etmək və keyfiyyətli hücum etmək üçün potensialımız var. Futbolçularımız sadəcə, irəli qaçmaqla yox, həm də gözəl oyun göstərə biləcək gücdədirlər. Əlbəttə, bütün bunlara nail olmaq asan deyil, amma çalışacağıq.
- Azərbaycandakı futbol infrastrukturu barədə nə deyə bilərsiniz?
- İnfrastruktur çox yaxşıdır. Yeni stadionlar, başqa idman obyektləri inşa olunur. Yaxın gələcəkdə bütün bunlar ölkənin xeyrinə işləyəcək. Azərbaycanda futbol oynamaq üçün hər cür şərait yaradılır.
- Milli çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Çempionatın səviyyəsi kifayət qədər yüksəkdir. Premyer Liqa çox maraqlı keçir. 3-4 çox yaxşı komanda var. Məsələn, "Qarabağ"ı götürək. Bu komanda Avropa Liqasında qrupdan çıxmağın bir addımlığında dayandı. Heyətində Reynaldo və Riçard Almeyda kimi güclü legionerlər var. Belə usta futbolçularla birgə oynamaqla yerlilər daha güclü və təcrübəli olacaqlar.
Legionerlərə tətbiq edilən limit də xoşuma gəlir. Hər klubun heyətində 5 yerli futbolçu oynamalıdır ki, onlardan da ikisi 21 yaşadək olmalıdır. Əsas odur ki, meydana çıxan 6 legioner yerlilərdən yüksək səviyyəli olsunlar. Onlar nə qədər yaxşı olsalar, yerlilər bir o qədər tez inkişaf edəcəklər.
- Ümumən Azərbaycan haqqında nə deyə bilərsiniz?
- Azərbaycan və paytaxtı mənim çox xoşuma gəlir. Bakı süsusi arxitekturaya malik gözəl şəhərdir. Bura böyük sürətlə inkişaf edir. Yatırılan böyük investisiyalar özünü göstərir. Ailəmi bura gətirməyim də bu ölkəni nə dərəcədə bəyənməyimin bir göstəricisi sayıla bilər. Qızlarım Bakıdakı məktəbdə təhsil alacaqlar. Burada yaxşı həyat tərzi sürmək üçün hər şey var. Etiraf edim ki, Azərbaycanın bu dərəcədə gözəl olacağını təsəvvür etmirdim. Gözlədiyimdən də artığının şahidi oldum.
affa.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq