26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Yaponiya ilə oyunun ən yaxşısı: “Onlar Rusiyadısa, biz də Azərbaycanıq” (Müsahibə)

19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Mahir Mədətov Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşına müsahibə verib.

- Valentin Qranatkinin xatirə turnirinin ilk turunda Yaponiya üzərində 1:0 hesablı qələbə qazandınız. Oyun haqda nə deyə bilərsən?

- Hələ əvvəldən çətin oyun olacağını bilirdik. Baş məşqçimiz bizi bu oyuna çox yaxşı hazırlamışdı. Rəqibin gücü məlumdu, son çempiondurlar. Amma bu məqam bizi qorxutmadı. Sona kimi mübarizə apardıq və istədiyimiz qələbəni də qazandıq.

- Komandamız hansı amillərin hesabına Yaponiyanı üstələdi?

- Biz bilirdik ki, Yaponiya cinahlardan çox hücum etməyəcək. Boy amilinə görə onlar mərkəzdən daha çox hücum təşkil edəcəklər. Biz də mərkəzdə daha çox oyunçu saxlayırdıq ki, rəqib hücumlarının qarşısını ala bilək. Hər şey də istədiyimiz kimi alındı. Əsas odur ki, Yaponiya bizimlə təkqapı oynamadı. Bizim qoldan başqa da şanslarımız oldu. Taktikamız elə idi ki, yaponları müdafiədə qəbul edib, əks-hücumda yaxalamalıydıq. Bunu da bacardıq.

- Millimizin heyətində oyunun ən yaxşısı seçiləcəyini gözləyirdin?

- Düzünü deyim ki, gözləmirdim. Hesab edirəm ki, oyunun ən yaxşısı Elnur Cəfərov idi. Həm matçın taleyini həll edən qolu vurdu, həm də bütün gücü ilə meydanda mübarizə apardı.

- Bu dəfəki rəqibi Rusiya-2 komandasıdır. Komandamız bu gün ruslara qalib gəlsə, turniri ilk 6 pillədə başa vuracağımız dəqiqləşəcək...

- Biz Rusiya ilə oyuna da yalnız qələbə üçün çıxacağıq. Bizim Yaponiyanı məğlub etməyimizi sensasiya kimi qəbul edirlər. Biz də istəyirik ki, Rusiyanı məğlub etməklə ilk “altılıq”da yer alacağımızı dəqiqləşdirək. Belə olan halda 18 komanda arasında hətta altıncı olmaq belə milli komandamız üçün uğur hesab olunacaq. Komanda yoldaşlarıma inanıram. Düşünürəm ki, istəyimizə çatacağıq.

- Yaponiya üzərində qələbədən sonra komandada arxayınçılıq yaranmayıb?

- Arxayınçılıqdan söhbət gedə bilməz. Çünki uşaqların hamısını yaxşı tanıyıram. Biz hələ heç nə etməmişik ki, arxayın olaq və özümüzdən razı qalaq. Təbii ki, futbolda hər bir şey mümkündür. Amma mən özümə sığışdırmaram ki, Rusiyanın 1998-ci il təvəllüdlü futbolçularına uduzaq,

- Rusiya ilə oyunda yerli hakimlərin öz komandalarına simpatiya bəsləyəcəkləri şübhə doğurmur. Bu məqam komandanı narahat etmir?

- Rusiyanın əsas üstünülüyü odur ki, biz Yaponiya ilə qarşılaşanda onlar dincəlirdilər. Hakimlərin bizi dayandıra biləcəyinə inanmıram. Düzdür, simpatiya edəcəkləri məlumdur. Amma biz qolumuzu vursaq, hakim heç nə edə bilməz. Əsas odur ki, komandada arxayınçılıq yox, yorğunçuluq olmasın. İstənilən halda meydana qələbə üçün çıxırıq. Onlar Rusiyadısa, biz də Azərbaycanıq. Elit raunda vəsiqə qazanmışıq. Hazırda da bu yarışda uğur qazanmaq istəyirik.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30