26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Muntyanu: “Komandam xarakter göstərdi”

“Bilirdik ki, oyun çətin keçəcək. Çünki “Sumqayıt” qısa bir zamanda liderliyə yüksəlmişdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu deyib.

Rumın mütəxəssis komandasının ikinci hissədə xarakter nümayiş etdirdiyini qeyd edib: “Düşünürəm ki, ilk hissədə “Sumqayıt”ın bir şansı oldu və bundan yararlandı. İki fərqli hissə izlədik. Komandam ikinci hissədə xarakter göstərdi və qələbə qazandı. Mən komandamı qələbə münasibəti ilə təbrik etmişəm. Ekiqo bu gün yaxşı oynadı. Ehtiyatda oturan futbolçu meydançaya çıxdıqdan sonra məhz belə oynamalı idi. Qol ötürməsi verdi, qol vurdu. Oyuna fəal qoşuldu, hərəkətlilik yaratdı”. 

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30